Polşanın Keltse şəhərində boks üzrə keçirilən beynəlxalq turnirdə yeddi idmançımız qızıl medal qazanıb. Bu barədə noyabrın 14-də Boks Federasiyasından məlumat verilib.
Boksçuların hər biri həlledici döyüşü qələbə ilə başa vurub. Finalda Məsud Yusifzadə, Ümid Rüstəmov, Malik Həsənov, Nəbi İsgəndərov, Murad Allahverdiyev, Alfonso Dominqes və Məhəmməd Abdullayev çempion tituluna yiyələniblər.
Beləliklə, 16 ölkənin iştirakı ilə təşkil olunan yarışa 13 boksçu ilə yollanan millimiz turniri 7 qızıl və 4 bürünc medalla başa vurub. Yığma bu göstərici ilə kişilərin yarışında komanda hesabında birinci olub.
Millinin aktivinə bürünc medalları isə Ruslan Qədirov, Sərxan Əliyev, Eldar Quliyev və Rauf Rəhimov yazdırıblar.