Zaqatala sakinlərindən qanunsuz saxladıqları 4 tüfəng götürülüb. Bu barədə 16 yanvar tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Müvafiq icazələri olmayan şəxslər tərəfindən mülki silahın saxlanılması, daşınması və satılması hallarının qarşısının alınması məqsədilə keçirilən tədbirlər zamanı rayon sakinləri – Arif Məmmədov, Hacıxan Heydərov, Nürəddin Hüseynov və Zülfüqar Yusifovdan qanunsuz olaraq saxladıqları ümumilikdə 4 ədəd ov tüfəngi aşkarlanıb.
Həmin şəxslər barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib.