Zaqatalada yanğın hadisəsi baş verib. Bu barədə 2 yanvar tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Belə ki, rayonun Qımır kəndində ümumi sahəsi 300 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 200 kv.m sahədə və içərisinə yığılan 40 ton ot bağlamasının 20 tonu yanıb. Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın FHN-in əməkdaşları tərəfindən söndürülüb.