Zaqatala şəhərində ana və qızı dəm qazından zəhərlənib. Bu barədə noyabrın 12-də APA xəbər yayıb.
Hadisə noyabrın 11-dən 12-ə keçən gecə baş verib. Nuranə Əhmədli və onun 7 yaşlı övladı xəstəxanaya yerləşdiriliblər.
Onların yaşadığı ünvanda qaz sobasından çıxan dəm qazından zəhərləndiyi məlum olub. Həkim müdaxiləsindən sonra zərərçəkmişlərin vəziyyəti stabilləşib.