Zaqatalada uşağı it dişləyib. Bu barədə məlumatı Apa-ya istinadən veririk.
Hadisə axşam saatlarında baş verib. Belə ki, it rayonun Faldar kənd sakini, 3 yaşlı Rəvan Əliyevin üz nahiyəsini dişləyib. Zərərçəkmiş Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun üzündə cərrahi əməliyyat keçirilib.
Uşaq, həmçinin quduzluq əleyhinə peyvənd olunub.
Hazırda üç yaşlı R. Əliyevin müalicəsi xəstəxananın Cərrahiyyə şöbəsində davam etdirilir.