Zaqatalada velosipedçini avtomobil vuraraq öldürüb. Bu barədə 18 noyabr tarixində APA məlumat verib.
Hadisə səhər saatlarında Zaqatala-Muğanlı avtomobil yolunun Aşağı Tala kəndi ərazisindən keçən hissəsində baş verib.
Belə ki, Elvin Ömərovun idarə etdiyi “VAZ 2106” markalı, 10 RA 993 dövlət nömrə nişanlı minik avtomobili velosipedlə hərəkət edən Muğanlı kənd sakinini vurub. Velosipedçi hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.