Zərdabda “Aqroservis” ASC-də yanğın baş verib. Bu barədə mayın 30-da Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Tutumu 80 ton olan çənin içərisində neft qalıqları yanıb. Yaxınlıqdakı çənlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.