Bakıda təcili tibbi yardıma ehtiyacı olan bir vətəndaş 103 qaynar xəttinə zəng edib. İnsanoid.com xəbər verir ki, vətəndaş gözlədiyi təcili kömək əvəzinə, yalnız sükut eşidib. Deyəsən, operatorlar bu dəfə “səssiz xidmət” strategiyasını seçiblər – vətəndaşın suallarına, yardıma çağırışına cavab gəlməyib.
Təcili Tibbi Yardım xidmətinin “vaxtında reaksiya” prinsipi isə, görünür, bu dəfə gözlənti yaratmaqla kifayətlənib. Vətəndaş yardım əvəzinə susqunluqla qarşılaşarkən xidmətin dəqiq nə qədər “təcili” olduğu sual altında qalıb.
View this post on Instagram