13 yaşlı Məhəmmədəli Fərid oğlu Yeqanov qəza nəticəsində həyatını itirib.
İnsanoid.com xəbər verir ki, yeniyetmənin atası azərbaycanlı, anası isə çeçen xalqının nümayəndəsidir. Ata və anası ayrı olduğu üçün Məhəmmədəli Yeni il bayramını qeyd etmək məqsədilə Bakıdan Qroznı şəhərinə yola salınıb.
Qəza zamanı yeniyetmənin yanında heç bir yaxın qohumu olmayıb.
Məlumata görə, Məhəmmədəli Qroznıya tək səyahət edirmiş.