top
“33 ildir Bakıya gəlmirdim, bura çox dəyişib” – COP29-un afrikalı iştirakçısı ilə ÖZƏL MÜSAHİBƏ – VİDEO
22 noyabr 2024, 11:45
- ↺ +

“33 ildir Bakıya gəlmirdim, bura çox dəyişib” – COP29-un afrikalı iştirakçısı ilə ÖZƏL MÜSAHİBƏ – VİDEO

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Son illər ərzində Bakı çox dəyişib. Burada universitet bitirmişəm. 33 ildir Bakıya gəlmək imkanım olmamışdı”.

Bunu Bakuplus.az-a müsahibəsində COP29-un afrikalı iştirakçısı Musa Konate deyib.

Musa Konate saytımıza bildirib ki, o, Bakıya ilk dəfə 1988-ci ildə gəlib:

“Mən Burkina-Fasoluyam. Bakıya 1988-ci ildə gəlmişəm. 1988-1991-ci illərdə burada təhsil almışam. Azərbaycan Memarlıq və İnşaat Universitetini bitirmişəm. Şərifzadə küçəsindəki yataqxanada qalırdım. 1991-ci ildə Bakıdan getdim. 33 ildir Bakıya gəlmək imkanım olmamışdı, çox təşəkkür edirəm ki, COP29 sayəsində yenidən Vətənim Bakıya gəlmək şansım oldu. Bunun üçün Azərbaycana çox təşəkkür edirəm. Düşünürəm ki, son illər ərzində Bakı çox dəyişib. Tamam başqa şəhərdir sanki. Çox müasir şəhərdir. Bununla fəxr edirik. İndi insanlar da bilir ki, Azərbaycan çox böyük və güclü dövlətdir. COP29 sayəsində insanlarda bunu biləcəklər və bizim harada təhsil aldığımızı görəcəklər”.
O, ölkəmizin insanlarının qonaqpərvər olduğunu xüsusi vurğulayıb:

“Burada insanlar çox qonaqpərvərdirlər. Bu ölkə bizi cavan olanda necə qonaqpərvər qəbul etmişdisə, indi də eyni qonaqpərvərliyi COP29-da digər ölkələrin nümayəndələrinə göstərir. Bu çox vacibdir. Burada həm bizə, həm də bütün xarici qonaqlara çox gözəl davranırlar”.
Müsahibimiz Azərbaycan və rus dillərini necə öyrəndiyini də deyib:

“Rus dilini Bakıda öyrənmişəm. Əvvəl Kiyevdə, sonra 1-2 kursu Odessada oxumuşam, 3-5-ci kursları isə Bakıda keçirmişəm. Bu, mənə rus dilində danışmağa imkan verdi. Halbuki, çoxdandır rus dilində danışmıram, amma çalışıram ki, bunu edim. Demək olar ki, Azərbaycan dilini unutmuşam. Yadımda qalanlar “salam”, “necəsən”, “yaxşıyam”, “çox sağ ol” (gülür). Düşünürəm ki, Azərbaycan dilini yenidən öyrənəcəm”.
Milli yeməklərimizdən danışan afrikalı müsahibimiz mətbəximizin təamları ilə tanış olduğunu deyib:

“Əlbəttə, çox yemişəm. Burada çox dostlarım var. Mən onlarla birlikdə kabab yedim və digər Azərbaycan milli yeməklərini daddım. Dünən biz məzun olduğumuz universitetin rektoru və dostlarım ilə birlikdə yeməkdə idik. Xoş günləri xatırlayırdıq”.

Son xəbərlər

İqtisadiyyat
Dünən, 15:09

Azərbaycanda Apple istifadəçilərinin hesablarının kütləvi şəkildə ələ keçirildiyi bildirilir

Cəmiyyət
Dünən, 14:49

Sabahdan Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatar reyslərinin sayı 4-ə çatdırılır

İqtisadiyyat
Dünən, 09:40

Apple yenidən dünyanın ən bahalı şirkəti olub

Cəmiyyət
Dünən, 08:02

Vətən müharibəsinin xronikası: 31 oktyabr

Cəmiyyət
30 oktyabr 2026, 17:48

Çelyabinskdə təqaüdçü fırıldaqçılara 33 milyon rubl dəyərində qızıl verib

Cəmiyyət
30 oktyabr 2026, 16:42

Noyabr ayına olan hava proqnozu açıqlanıb

Cəmiyyət
30 oktyabr 2026, 16:18

Prezident İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - SİAYHI

Siyasət
30 oktyabr 2026, 16:17

Hikmət Hacıyev: "Regionu böyük güclərin döyüş meydanından bazarına çevirmək istəyirik"

Cəmiyyət
30 oktyabr 2026, 16:15

Bayramov Ermənistanla sülh və Zəngəzur dəhlizinin əhəmiyyətindən danışıb

Cəmiyyət
30 oktyabr 2026, 15:28

Maqnit qasırğası nə vaxt olacaq? Alimlərdən yeni proqnoz

Cəmiyyət
30 oktyabr 2026, 14:36

Zelenski Rusiyanın 39 gəmisinə, bir sıra şirkətləri və fiziki şəxslərinə qarşı sanksiyalar tətbiq edib

Cəmiyyət
30 oktyabr 2026, 12:15

Gennadi Xazanov Fəxri xiyabanı ziyarət edib

Cəmiyyət
30 oktyabr 2026, 11:14

Trabzon Qastronomiya Festivalında pendir uzatma rekordu cəhdi - VİDEO

Cəmiyyət
30 oktyabr 2026, 11:12

Küləkli havada işçilərin yeni qaydalarla işlədilməsi haqqında tənzimləmə qəbul edilib

Cəmiyyət
30 oktyabr 2026, 10:57

Narkotik aludəçisi olan avtobus sürücüsü həbs edilib

Cəmiyyət
30 oktyabr 2026, 09:44

Ağdam və Xocavəndə növbəti köç karvanları yola salınıb

Cəmiyyət
30 oktyabr 2026, 09:03

ABŞ-də helikopterlər toqquşub, ölənlər var

Cəmiyyət
30 oktyabr 2026, 00:01

Vətən müharibəsinin xronikası: 30 oktyabr

Cəmiyyət
29 oktyabr 2026, 17:33

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu göndərib

Kriminal
29 oktyabr 2026, 16:50

Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb

Cəmiyyət
29 oktyabr 2026, 16:44

Canlı yayım zamanı restoranın QR kodu göründü, strimerə 12 min dollarlıq hesab gəldi

Cəmiyyət
29 oktyabr 2026, 16:17

Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

Cəmiyyət
29 oktyabr 2026, 13:53

Bakıda yıxılaraq vəfat edən 2 yaşlı uşaqla bağlı TƏFƏRRÜATLAR

Cəmiyyət
29 oktyabr 2026, 13:37

Mətbuat Şurası: Jurnalistlərə fiziki təzyiq göstərilməsi qəbuledilməzdir

Oxşar xəbərlər