Prezident İlham Əliyev hüquq-mühafizə orqanlarının maaşlarının artırılması barədə fərmanlar imzalayıb.
AZƏRTAC xəbər verir ki, fərmanlara əsasən aşağıdakı şəxslərin maaşları orta hesabla 10 faiz artırılacaq:
- Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçuları;
- Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin həqiqi hərbi xidmət hərbi qulluqçuları;
- Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçuları;
- Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşları;
- Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşları;
Fərman bu il yanvarın 1-dən tətbiq edilir.