top
7 min il yaşı olan buğda, dünyada ikinci muzey - AĞDAM HAQQINDA BİLMƏDİKLƏRİMİZ
20 noyabr 2024, 00:00
- +

7 min il yaşı olan buğda, dünyada ikinci muzey - AĞDAM HAQQINDA BİLMƏDİKLƏRİMİZ

10 noyabr 2020-ci il tarixində Dağlıq Qarabağ münaqişəsi zonasında atəş və bütün hərbi əməliyyatlar tam dayandırılıb. Bəyanatın ikinci bəndinə əsasən, 20 noyabr 2020-ci il tarixinədək Ağdam rayonu Azərbaycana qaytarılıb. Bununla da on minlərlə ağdamlının 27 ildən artıq uzun sürən torpaq həsrətinə son qoyuldu.

[gallery columns="1" link="file" size="full" ids="205727"]

Ağdam 1993-cü ilin 23 iyul tarixində Ermənisan Silahlı Qüvvələri tərəfindən işğal edilib. Əhali sayına görə Ağdam işğal edilmiş rayonlar arasında ən böyük rayon sayılırdı. İşğala qədər burada 143 min insan yaşayıb. Erməni işğalı nəticəsində Ağdama 13 milyard 135 milyon ABŞ dolları məbləğində ziyan dəyib. Ağdam şəhəri, onun qədim keçmişin şahidi olan çox sayda tarixi abidələri, mədəniyyət, memarlıq nümunələri, keçmiş SSRİ-də birinci, dünyada ikinci olan Çörək Muzeyi düşmən tərəfindən vəhşicəsinə dağıdılıb. Ağdam düşmənlə döyüşlərdə 6 000 şəhid verib, onlardan 16-sı Azərbaycanın Milli Qəhrəmanıdır. Ağdam həm də I Qarabağ savaşında ən çox şəhid verən rayondur.

[gallery link="file" columns="1" size="full" ids="205725"]

Ağdam sözünün mənşəyi barədə müxtəlif versiyalar səsləndirilib. Bir versiyaya görə, Qarabağ xanı Pənahəli xan bu şəhərdə özü üçün ağ daşdan imarət inşa etdirib və bu bina uzun müddət ətraf kəndlər üçün oriyentirə çevrilib. Müəyyən ailmlərə görə, Ağdam günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev mənasını ifadə edir.

Digər bir versiyaya görə isə, Ağdam qədim türkçədə kiçik qala mənasını verir. Şəhər bəzi mənbələrə görə 1741, bəzi mənbələrə görə isə 1752-c ildə salınıb.

Ağdam sözünün digər bir mənası "Ağ insan" mənası verir. Bunu məhşur alim, rus şərqşünası, akademik Vasili Vladimiroviç Bartold təsdiq edir. Ağdam ərazisində rus alimlərinin apardığı araşdırmalardan sonra Bartold və bir neçə alimin gəldiyi yekdil qərara görə, Ağdam - Ağ Adəm, İlk insan mənasın verir və Ağdam ərazisi dünyanın ən qədim yaşayış məskənlərindən biridir. Barrtold yazır: "Dünya tarixində ilk dəfə ən qədim buğdanın Ağdamın Əfətli kəndində yerləşən Çalağan təpəsindən tapılması bizə bu qərara gəlməyimizə şərait yaratdı". 7 min il yaşı buğdanın bu ərazidə tapılması İlk insanın - Adəmin burda yaşamasının bariz nümunəsidir".

Başqa versiyaya görə, "Ağ" qədim Hun dilində "od, ocaq" və "günəş" mənasında işlənib: "Qədim Hunlar da bütün ibtidai insanlar kimi təbiətin misilsiz qüvvəsi olan günəşə və onun yerdə təcəssümü olan oda, ocağa sitayiş etmişlər. Təsadüfi deyil ki, bu gün dilimizdə işlənən ifadələrdən "Ağa" sözü böyüklük bildirir. "Ağ günə çıxmaq" xoşbəxtlik ifadəsidir. "Dan yeri ağarır" ifadəsi daha qədimə gedib çıxır. "Dan" sözü əslində "tan" sözü olub, türk tanrıçılığının özəyi olan Tanrı - Od, Günəş allahını bildirir.

[gallery link="file" columns="1" size="full" ids="205729"]

Digər bir ehtimala görə, Ağdam sözü Aquen (Aluen) yaşayış məskənin adının zamanla dəyişmiş formasıdır. Qarabağ tarixinin görkəmli tədqiqatçılarından biri Rəşid Göyüşova görə, bütün tarixi ədəbiyyatda Aquenin indiki Ağdam rayonu ərazisində olduğu göstərilir.

Ağdam toponiminin ilkin forması hesab olunan Aquen (Aluen) haqqında erkən orta əsr Alban tarixçisi Musa Kalankatuklu “Alban tarixi” əsərində yazır: “Albaniya çarı Vaçaqanın hakimiyyəti dövründə əyanlar, keşişlər, rəiyyət arasında çoxlu mübahisələr baş verirdi. Buna görə çar qərara gəldi ki, Aquendə böyük məclis çağırılsın... Mən Albaniya çarı Vaçaqan və Bərdənin baş yepiskopu Şulhalişo, Qəbələnin yepiskopu Manase, Uti vilayətinin yepiskopu Sahaq, Kalankatuk kəndinin keşişi İosif... və başqaları hamılıqla mənim məclisimə - Aquen adlı yaylağıma gəldilər”.

Xüsusilə vurğulamaq lazımdır ki, 498-ci ildə Ağdam bölgəsində keçirilən Aquen məclisində erkən orta əsr Azərbaycan dövləti olan Albaniyanın siyasi, sosial-iqtisadi və dini-mənəvi həyatında olduqca əhəmiyyətli qanunlar qəbul olunmuş, bu qanunlar ölkənin ictimai-siyasi həyatında nəzərəçarpacaq dərəcədə nizam yaratmışdı. Həmçinin bu mötəbər məclisin bu bölgədə keçirilməsi, Ağdamın erkən orta əsrlər dövründə strateji əhəmiyyətindən xəbər verir.

Bəzi alimlərin fikrinə görə isə Ağdam ərazisində erkən orta əsr şəhərlərindən olan Govurqala adlə şəhər olub və bu şəhərin yaxınlığındakı Əlvənd dərəsi Aluen sözünün qismən təhrif edilmiş formasıdır. Mənbələrə görə, Aluen yəni Aquen X-XI əsrlərə qədər mövcud olub. Sonrakı mənbələrdə isə başqa məlumata rast gəlmək olmur. Çünki şəhər Xaçın çayı sahilindən Qarqar çayı ətrafına köçürülür və adı Aquen yox, Ağdam olur.

Orta əsr mənbələrində də Ağdamın adı Əmir Teymurun adı ilə hallanır. Qeyd edilir ki, Teymurun Azərbaycana yürüşü zamanı Qarabağda dayandığı məntəqələrdən biri də Ağdamdır. Bu barədə XV əsr tarixçisi Nizaməddin Şaminin “Zəfərnamə” əsərində məlumat var: “Əmir Teymur Dərbənd qalasını təmir edib möhkəm bir hala gətirilməsi üçün əmr verdi. Oradan qayıdaraq Şirvana gəldi. Buranın məliki əvvəldən adı çəkilən Şeyx İbrahim idi. Səfərlərdə çox böyük mərdlik və fədakarlıq göstərdiyindən Əmirin iltifatına məzhər oldu. Əmir şərəfinə toylar etdi, sonra da oradan köçərək Kür çayının kənarına gəlib orada dayandı. Əmir Şeyx İbrahimə çoxlu ənamlarla ehsanlarda bulundu. Xələtlər, qızıl, ziynət şeyləri, papaq, kəmər verdi və vilayətin idarəsini keçmişdə olduğu kimi özünə tapşırdı. Bir neçə gün orada istirahət etdikdən sonra, oradan köçüb Ağdama gəldi.

Orta əsrlər dövrü qaynaqlarında verilən bu məlumatlardan aydın olur ki, Ağdam strateji əhəmiyyətli bölgə kimi XVIII əsrdən daha əvvəllər Qarabağın siyasi və mədəni həyatında əhəmiyyətli rol oynayıb.

Bundan əlavə, Ağdamın məşhur bağları tarixi mənbələrdə qeyd edilib. Məsələn, Mirzə Camal Cavanşir Qarabaği öz “Qarabağnamə” əsərində qeyd edir ki, Ağdamda Qarabağ xanına yеddi bağ - Güllü bağ, Ərikli bağ, Kətan bağı, Çirayuş bağı, Bala bağ, Barlı bağ və Narlı bağ məxsus idi.

[gallery link="file" columns="1" size="full" ids="205730"]

Ağdam həm də Qafqaz İslam Ordusunun komandanı Nuri Paşanın adı ilə də bağlıdır. 1918-ci ilin 1 oktyabr tarixində general Nuri Paşa Ağdama gedib. Onları çərkəzi geyimdə olan 30 nəfər yerli gənc qarşılayıb. Səhər saatlarında isə ordu şəhərə daxil olub. Nuri Paşa Ağdamda Azərbaycan bayrağını qaldırıb sonradan Şuşaya doğru hərəkət edib.

[gallery link="file" columns="1" size="full" ids="205728"]

[gallery link="file" columns="1" size="full" ids="205731"]

 

Son xəbərlər

Bütün Xəbərlər
Bu gün, 11:10

AZAL Tbilisi və İstanbula reyslərin sayını artırıb

Bütün Xəbərlər
Bu gün, 09:45

Azərbaycan ilə Qırğızıstan arasında imzalanmış sənədlər mübadilə edilib

Bütün Xəbərlər
Bu gün, 09:28

Sadır Japarov Azərbaycan–Qırğızıstan dostluğunu Nizami Gəncəvinin sözləri ilə ifadə etdi

Bütün Xəbərlər
Bu gün, 09:24

Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirilib

Bütün Xəbərlər
Bu gün, 09:16

Azərbaycan ilə Qırğızıstan arasında imzalanmış sənədlər mübadilə edilib

Bütün Xəbərlər
Bu gün, 09:02

Çolpon-Ata şəhərində Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib

Bütün Xəbərlər
Bu gün, 08:47

Çolpon-Ata şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstan Prezidenti ilə təkbətək görüşü keçirilib

Bütün Xəbərlər
Dünən, 17:18

Sura Mirac Abbassoyun Azərbaycan güləş yığmasında çıxış etməsinə nə mane olur? - ARAŞDIRMA

Bütün Xəbərlər
Dünən, 17:12

Əri süpürgəçi qadını 8 Martda ona verilən güllərə görə öldürübmüş...

Bütün Xəbərlər
Dünən, 16:56

AZAL Qarsa ilk reysini həyata keçirib - FOTO

Bütün Xəbərlər
Dünən, 16:52

Yevlaxda zəhərlənərək ölən qızın atası danışdı: "Xalasının evində olub, amma ..." - TƏFƏRRÜAT

Bütün Xəbərlər
Dünən, 16:43

Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir

Bütün Xəbərlər
Dünən, 16:42

Tiktoker Müjgan həbs edildi

Bütün Xəbərlər
Dünən, 16:25

Azərbaycanlı dənizçilərin olduğu gəmi bu gün səhər Odessa sahillərində PUA hücumuna məruz qalıb

Bütün Xəbərlər
Dünən, 15:14

Yeni marketinq trendi - telefonla çəkilmiş təsadüfi fotolar

Bütün Xəbərlər
Dünən, 13:09

Təhqir, böhtan və ictimai təhlükə yaradan məlumatlar yerləşdirən saytlara məhdudiyyət qoyulacaq

Bütün Xəbərlər
Dünən, 11:50

"Kuboku kəndimizə gətirən uşaqlar idi" - Qəzada ölən futbolçuların məşqçisi DANIŞDI

Bütün Xəbərlər
Dünən, 11:41

Məleykə Abbaszadə: "Boş qalan yerlərə yenidən müsabiqə keçiriləcək"

Bütün Xəbərlər
Dünən, 11:13

Prezident İlham Əliyev Mərakeş Kralını milli bayram münasibətilə təbrik edib

Bütün Xəbərlər
Dünən, 09:55

Bakıda iki futbolçu qəzada faciəli şəkildə öldü

Bütün Xəbərlər
Dünən, 09:29

UEFA Konfrans Liqası: "Zirə" Sumqayıtda, "Neftçi" Bolqarıstanda meydana çıxacaq

Bütün Xəbərlər
29 iyul 2026, 17:30

Azərbaycanda 15 yaşlı qızla evlənən bəy HƏBS OLUNDU

Bütün Xəbərlər
29 iyul 2026, 16:19

"Opera Hotel"də tutulan tanınmış cərraha 9 il həbs verildi

Bütün Xəbərlər
29 iyul 2026, 15:57

Mahir Məmmədov FIDE-nin vitse-prezidenti postuna namizəd olacaq

Oxşar xəbərlər