Abşeron Gənclər Şərhərciyində çox narahat bir vəziyyət yaranıb.
Bu barədə ərazidə yaşayan sakinlər BAKU.WS-in "qaynar xətti"nə şikayətlərində bildiriblər.
Şikayətçilər qeyd edirlər ki, bütün bina sakinləri, yaxın olan qonşular həmin binanın birinci mərtəbəsində yaşayan və vaxtaşırı qeyri-adi hərəkətlər edən qadına görə həyəcan keçirirlər.
"Bakı-Sumqayıt yolunun 7-ci km.də yerləşən bu kompleks Abşeron Gənclər Şəhərciyi adlanan yaşayış massividir. Həmin binada yaşayan qadın gecələr qışqırır. Aşağıda park edilən avtomobillərin üzərinə əşya, yumurta və əlinə keçən hər şeyi atır. Dayanmadan qışqırır və çox qorxuducu hal yaradır", - deyə şikayətçilər bildiriblər.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov bildirib ki, həmin şəxsin sağlamlıq vəziyyəti ilə əlaqədar polis əməkdaşları tərəfindən aidiyyəti dövlət qurumları ilə birgə tədbirlər görülüb.