Məşhur iş adamı, Adnan Əhmədzadə hazırda I Liqada çıxış edən "Mingəçevir" klubuna sponsorluq etmək arzusundadır.
İnsanoid.com xəbər verir ki, Əhmədzadə, bölgə təmsilçisinin inkişafına dəstək olmaq, onu Premyer Liqaya yüksəltmək və əsas hədəf olaraq klubun infrastrukturunu gücləndirmək istəyir.
Hazırda AFFA-nın maliyyələşdirdiyi bu klubun Əhmədzadənin nəzarətinə verilməsi üçün rəsmi qərar tələb olunur. Gözlənilir ki, bu məsələyə yaxın zamanda keçiriləcək AFFA İcraiyyə Komitəsinin növbəti iclasında nöqtə qoyulacaq. Ehtimal edilir ki, "Mingəçevir" klubu yeni ildən etibarən yeni idarəçilərə təhvil veriləcək.