top
AFFA – Azərbaycan Futbolunu Fəlakətə Aparanlar!
19 noyabr 2024, 23:45
- ↺ +

AFFA – Azərbaycan Futbolunu Fəlakətə Aparanlar!

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sərlövhəni oxuyub etiraz edənlər də ola bilər: Niyə “Aparanlar” axı? Məgər fəlakət belə olmur? Məgər artıq gətirməyiblər ki fəlakətə? İcazə verin razılaşmayım. Çünki hər irihesablı məğlubiyyətdən, hər fiasko ilə başa çatan seçmə mərhələdən sonra eynisini düşünmüşük. Düşünmüşük ki, artıq tam bataqlığın dibinə çatdıq. Həm biz çatdıq, həm də AFFA. Bundan betəri ola bilməz. Amma bir müddət keçib, yanıldığımızı anlamışıq. Sən demə AFFA-nın “qüdrətinin” tam miqyasını və “nəhəngliyini” dəyərləndirə bilməmişik...

Bu gün də eyni hissləri birgə yaşayırıq. Fəlakət yox, fəlakətlər toplusu üzərimizə qar dağı kimi düşdü. 1. Millətlər Liqasında ən aşağı “D” liqasına yuvarlandıq. 2. SSRİ dönəmində Azərbaycanı təmsil edən “Neftçi” güclülər dəstəsində Ukrayna, Gürcüstan, Rusiyanın aparıcı klublarını Bakıda “kötəkləyəndə” 2-ci liqada “sürünən”, 1969-1982-ci illər arasında SSRİ çempionatlarında ümumiyyətlə peşəkar klubla təmsil edilməyən yeganə respublika olan Estoniya sözügedən seçmə mərhələdə bizi geridə buraxdı. 3. Azərbaycan yığması ilk dəfə Millətlər Liqasını qalibiyyətsiz başa vurdu 4. Sözügedən turnirdə hələ indiyə qədər belə bərbad top fərqimiz olmayıb. Belə ki, 6 görüşdə rəqib qapılarına cəmi 3 dəfə yol tapmışıq (orta hesabla 1 oyuna 0,5 qol). Əvəzində qapımıza 17 (!) qol vurulub (hər oyunda 2,83). 5. Bizi “C” liqasında San-Marino (dağılasan, ay AFFA) əvəzlədi!!!

Adam bu statistikaya, millimizin dünənki İsveçlə oyununa (hərçənd buna nəsə başqa ad verilməlidir, çünki “futbol” adına qara ləkədir) baxdıqda istər-istəməz düşünür ki, yox e, daha bu, son olacaq. Bu biabırçılıqdan sonra futbol təsərrüfatımızda nə isə dəyişəcək. Məsələn, AFFA-nın o dəbdəbəli binasında rahat kreslolarda, isti kabinetlərdə oturanlarda hansısa bir möcüzə nəticəsində vicdan oyanacaq. İsveçdəki 0:6 rüsvayçılığının sonunu rəsmiləşdirən hakimin final fitindən sonra bu insanlar, de-yure azərbaycanlı sayılanlar səhərə qədər yata bilməyəcəklər, yataqlarında ora-bura vurnuxub, mətbəxdə siqareti siqaretə calayaraq səhərin nə üçün belə gec açılmasına qəzəblənəcəklər, günəş doğar-doğmaz isə taksi sifariş edib iş yerlərinə tələsəcəklər. Tələsəcəklər ki, hamılıqla ərizə yazıb istefaya getsinlər və qəbahətlərinin, qələtlərinin nəhəngliyini başa düşərək həyatlarının sonuna qədər bir daha nəinki “futbol” sözünü, ümumiyyətlə “F” hərfi ilə başlayan sözləri ağızlarından çılxarmasınlar. Amma... Mən də, siz də, elə bütün Azərbaycan da bilir ki, bu, baş verməyəcək. Əlləri ilə, ayaqları ilə, dişləri ilə kreslodan yapışacaqlar, min bir yalan danışıb min bir cildə girəcəklər. Bəli, cildə girəcəklər, amma yerə girməyəcəklər. Dünən o biabırçılığı izləyərkən minlərin, milyonların minlərlə dəfə təkrarladığı “yerə girəsiz elə!” duası bu dəfə də qəbul olmayacaq. Çünki həya, vicdan, abır, həya – bunları AFFA binasında aramaq Saxara səhrasında qütb ayısı axtarmaq kimi bir şeydir. Hətta Saxarada bəlkə nə zamansa bu nadir heyvana rast gələ də bilərik. Amma AFFA-da şanslarımız sıfıra bərabərdir.

İndi oturub Santuşun ünvanına nə isə deməyin də yeri yoxdur. Qoca neyləsin? Çağırıblar, pul təklif ediblər, o da razılaşıb. O da inşandı axı. Anlayır ki, artıq karyerası bitib, onu hər hansısa adlı-sanlı nə kluba, nə də milliyə dəvət edəcəklər. Niyə də son şansından yararlanmasın? Əslində günah pul verəndədir, AFFA-da. Lakin bir məsələ də var ki, pul verən öz cibindən vermir. Dövlətin, bizim cibimizdən ötürür Santuşa. Pul demişkən. Məsələn, millinin hər uduzduğu oyuna görə bu futbol başbilənlərini maddi olaraq cəzalandırsaydılar, bəlkə də vəziyyət nisbətən yaxşı olardı.

Hələliksə... Heç nə. Hansısa bir nəhayətsizlik, çarəsizlik çöküb hər bir futbolsevərin qəlbinə. Adam sadəcə inana bilmir. Damarında azərbaycanlı qanı axanların bu qədər vicdansızlıq edəcəyini təsəvvür etmək çətindir. İndiki vəziyyətdə isə... Azərbaycan futbolu ÖLÜB! Vəssalam. Tam yeni adamlar gəlməlidir. Federasiya tam tərkibdə dəyişməlidir. Və futbolumuzu özüldən qurmağa başlamalıyıq. Bu gün başlasaq, bəlkə 10 ildən sonra bəhrəsini görə bildik. Hələliksə AFFA-nın – Azərbaycan Futbolunu Fəlakətə Aparanların dövrü davam edir. Nə vaxta qədər? Onlara bir “dur!” deyən tapılacaqmı?

Vüsal Əliyev

Son xəbərlər

İqtisadiyyat
Dünən, 15:09

Azərbaycanda Apple istifadəçilərinin hesablarının kütləvi şəkildə ələ keçirildiyi bildirilir

Cəmiyyət
Dünən, 14:49

Sabahdan Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatar reyslərinin sayı 4-ə çatdırılır

İqtisadiyyat
Dünən, 09:40

Apple yenidən dünyanın ən bahalı şirkəti olub

Cəmiyyət
Dünən, 08:02

Vətən müharibəsinin xronikası: 31 oktyabr

Cəmiyyət
30 oktyabr 2026, 17:48

Çelyabinskdə təqaüdçü fırıldaqçılara 33 milyon rubl dəyərində qızıl verib

Cəmiyyət
30 oktyabr 2026, 16:42

Noyabr ayına olan hava proqnozu açıqlanıb

Cəmiyyət
30 oktyabr 2026, 16:18

Prezident İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - SİAYHI

Siyasət
30 oktyabr 2026, 16:17

Hikmət Hacıyev: "Regionu böyük güclərin döyüş meydanından bazarına çevirmək istəyirik"

Cəmiyyət
30 oktyabr 2026, 16:15

Bayramov Ermənistanla sülh və Zəngəzur dəhlizinin əhəmiyyətindən danışıb

Cəmiyyət
30 oktyabr 2026, 15:28

Maqnit qasırğası nə vaxt olacaq? Alimlərdən yeni proqnoz

Cəmiyyət
30 oktyabr 2026, 14:36

Zelenski Rusiyanın 39 gəmisinə, bir sıra şirkətləri və fiziki şəxslərinə qarşı sanksiyalar tətbiq edib

Cəmiyyət
30 oktyabr 2026, 12:15

Gennadi Xazanov Fəxri xiyabanı ziyarət edib

Cəmiyyət
30 oktyabr 2026, 11:14

Trabzon Qastronomiya Festivalında pendir uzatma rekordu cəhdi - VİDEO

Cəmiyyət
30 oktyabr 2026, 11:12

Küləkli havada işçilərin yeni qaydalarla işlədilməsi haqqında tənzimləmə qəbul edilib

Cəmiyyət
30 oktyabr 2026, 10:57

Narkotik aludəçisi olan avtobus sürücüsü həbs edilib

Cəmiyyət
30 oktyabr 2026, 09:44

Ağdam və Xocavəndə növbəti köç karvanları yola salınıb

Cəmiyyət
30 oktyabr 2026, 09:03

ABŞ-də helikopterlər toqquşub, ölənlər var

Cəmiyyət
30 oktyabr 2026, 00:01

Vətən müharibəsinin xronikası: 30 oktyabr

Cəmiyyət
29 oktyabr 2026, 17:33

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu göndərib

Kriminal
29 oktyabr 2026, 16:50

Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb

Cəmiyyət
29 oktyabr 2026, 16:44

Canlı yayım zamanı restoranın QR kodu göründü, strimerə 12 min dollarlıq hesab gəldi

Cəmiyyət
29 oktyabr 2026, 16:17

Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

Cəmiyyət
29 oktyabr 2026, 13:53

Bakıda yıxılaraq vəfat edən 2 yaşlı uşaqla bağlı TƏFƏRRÜATLAR

Cəmiyyət
29 oktyabr 2026, 13:37

Mətbuat Şurası: Jurnalistlərə fiziki təzyiq göstərilməsi qəbuledilməzdir

Oxşar xəbərlər