Ağdaşda 14 yaşlı oğlan su kanalına düşərək ölüb.
Report.az xəbər verir ki, hadisə rayonun Qoşaqovaq kəndində qeydə alınıb.
2010-cu il təvəllüdlü Vüqar Zakirli dərsdən qayıdan zaman Şirvan suvarma kanalının ətək hissəsində əlini yuyan zaman sürüşərək kanala düşüb.
Nəticədə yeniyetmə suda boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır.