top
Ağdaşda BİABIRÇILIQ: 15 yaşlı qızı evlənmək adı ilə yatağa saldı, videosunu yaydı
04 fevral 2025, 04:41
- ↺ +

Ağdaşda BİABIRÇILIQ: 15 yaşlı qızı evlənmək adı ilə yatağa saldı, videosunu yaydı

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ağdaşda 15 yaşlı qızın pornoqrafik videosu yayılıb.

İnsanoid.com-un əldə etdiyi məlumata görə, hadisənin məhkəmə istintaqı Şəki Ağır Cinayətlər Məhkəməsində aparılıb.

Belə ki, təqsirləndirilən Emin Qasımov (ad şərtidir) 1997-ci ildə Xocavənd rayonunda anadan olub. O, 2022-ci ilin 19 mart tarixində 2006-ci il təvəllüdlü Leyli Əliyeva (ad şərtidir) ilə tanış olub. Bir müddət danışdıqdan sonra qızı müxtəlif ərazilərə apararaq cinsi münasibətdə olub. Həmin anları isə telefon vasitəsi ilə videoya çəkib. Tərəflərin münasibəti bir müddət belə davam etdikdən sonra Leyla onunla görüşmək istəməyib. Bundan əsəbiləşən Emin azyaşlını intim videolarını yaymaqla hədələyib. Buna məhəl qoymayan Leyli Əliyeva qərarından daşınmayıb. Nəticə olaraq isə  Emin Qasımov yeniyetmənin videolarını “Telegram”da paylaşaraq cinayət törədib.

Buna görə Emin Qasımov Azərbaycan Respublikası CM-nin 152.1, 156.1 və 171-1.2.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi münasibət qurma, şantaj etmə) maddələri ilə təqsirləndirilib.

Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Emin Qasımov ifadəsində özünü qismən təqsirli bildiyini deyib:

“Dekabrın 2-si Ağdaş rayon polis əməkdaşları tərəfindən tutuldum. Polis şöbəsində öyrəndim ki, Cinayət Məcəlləsinin 152.1, 156.1 və 171-1.2.1-ci maddələri ilə təqsirləndirilirəm. Leyli özü mənə yazıb, münasibət qurub. Cinsi münasibətdə olduğumuz anları videoya çəkmək də onun təklifi idi. Qız mənə 18 yaşı olduğunu demişdi. Xarici görünüşünə görə də ona 18 yaş vermək olur. Heç birimizin fikri ailə qurmaq deyildi, sadəcə birlikdə yaşamaq istəyirdik.

Çəkilən videonun “Teleqram”da yayılmasından xəbərim yox idi. Bu barədə  məni dostum məlumatlandırdı. Baş verənlərə görə heç bir günahım yoxdur”.

Məhkəmə zalında zərərçəkmiş Leyli Əliyeva ifadə verib:

“Emini 2 ilə yaxın olar ki, tanıyıram. O kimdənsə mənim mobil nömrəmi öyrənib, yazmışdı. Tanış olduqdan bir müddət sonra sevgili kimi danışmağa başladıq. İlk dəfə Ağdaş şəhərində görüşdük. Gəzmək üçün Mingəçevir şəhərinə getməyi təklif etdi, razılaşdım. Birlikdə kafeyə getdik. Orada bir qadın bizi qarşılayaraq otağa yerləşdirdi. Həmin otaqdan digər otağa keçid vardı. Bir qədər oturduqdan sonra Emin cinsi əlaqədə olmağı təklif etdi. Buna etiraz etdim. Lakin mənimlə evlənəcəyini, cinsi əlaqədə olmaqla məni “özününkü” edəcəyinə inandırdı və cinsi münasibətimiz oldu.

O, yaşımın 15 olduğunu bilirdi. Bir neçə gün sonra Ağdaş rayonunda görüşüb “Zəfəran” adlı otelə getdik. Orada intim münasibətimizi Emin telefonu ilə videoya çəkdi. Buna etiraz etsəm də, döyərək məcbur cinsi əlaqədə oldu.

2023-cü ilin fevral ayında onun ailəsi bizə elçiliyə gəldi. Lakin atam oxuduğumu və yaşımın az olduğunu bildirərək razı olmadı. Bundan sonra Eminin mənə qarşı münasibəti dəyişdi. Çox kobud davranmağa başladı. Təklif edirdi ki, birlikdə qaçıb ailə quraq. Lakin razılaşmırdım. Artıq onun görüş təkliflərini rədd edirdim. Buna görə zəng edib təhqir etməyə başlayırdı. Çıxış yolu olmadığını görüb videoları yayacağı ilə hədələməyə başladı. Biabır olmamaq üçün onunla məcburi görüşürdüm. Ayrılmaq istəməsəm də, razılaşmırdı.

Həmin ilin dekabrın 16-sı qohumlarım evimizə gələrək atama videolarımın yayıldığını dedilər. Bacım buna görə Eminə iradını bildirdikdə “Nəzrin, sənə də, ailənə qarşı da səhvlər etmişəm. Çox üzr istəyirəm və bu gün sənə kişi kimi söz verirəm ki, bir daha o səhvləri təkrarlamayacam. Kiməsə nəsə göndərmək, filan, elə şeylər olmayacaq. Etsəm, Allah bacımın qarşısına çıxarsın” məzmunlu mesaj yazdı. Ondan şikayətçiyəm. Ən ağır cəzanın verilməsini istəyirəm”.

Məhkəmə istintaqı əsasında Emin Qasımovun verdiyi ifadənin öz müdafiəsi üçün səsləndirdiyi və həqiqətə uyğun olmadığı müəyyən edilib.

Tərəflərin çıxışından sonra məhkəmə müşavirəyə yollanıb. Sonda məhkəmənin qərarı ilə təqsirləndirilən Emin Qasımov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Fidan İlqar

Son xəbərlər

Cəmiyyət
Bu gün, 17:48

Çelyabinskdə təqaüdçü fırıldaqçılara 33 milyon rubl dəyərində qızıl verib

Cəmiyyət
Bu gün, 16:42

Noyabr ayına olan hava proqnozu açıqlanıb

Cəmiyyət
Bu gün, 16:18

Prezident İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - SİAYHI

Siyasət
Bu gün, 16:17

Hikmət Hacıyev: "Regionu böyük güclərin döyüş meydanından bazarına çevirmək istəyirik"

Cəmiyyət
Bu gün, 16:15

Bayramov Ermənistanla sülh və Zəngəzur dəhlizinin əhəmiyyətindən danışıb

Cəmiyyət
Bu gün, 15:28

Maqnit qasırğası nə vaxt olacaq? Alimlərdən yeni proqnoz

Cəmiyyət
Bu gün, 14:36

Zelenski Rusiyanın 39 gəmisinə, bir sıra şirkətləri və fiziki şəxslərinə qarşı sanksiyalar tətbiq edib

Cəmiyyət
Bu gün, 12:15

Gennadi Xazanov Fəxri xiyabanı ziyarət edib

Cəmiyyət
Bu gün, 11:14

Trabzon Qastronomiya Festivalında pendir uzatma rekordu cəhdi - VİDEO

Cəmiyyət
Bu gün, 11:12

Küləkli havada işçilərin yeni qaydalarla işlədilməsi haqqında tənzimləmə qəbul edilib

Cəmiyyət
Bu gün, 10:57

Narkotik aludəçisi olan avtobus sürücüsü həbs edilib

Cəmiyyət
Bu gün, 09:44

Ağdam və Xocavəndə növbəti köç karvanları yola salınıb

Cəmiyyət
Bu gün, 09:03

ABŞ-də helikopterlər toqquşub, ölənlər var

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 30 oktyabr

Cəmiyyət
Dünən, 17:33

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu göndərib

Kriminal
Dünən, 16:50

Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb

Cəmiyyət
Dünən, 16:44

Canlı yayım zamanı restoranın QR kodu göründü, strimerə 12 min dollarlıq hesab gəldi

Cəmiyyət
Dünən, 16:17

Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

Cəmiyyət
Dünən, 13:53

Bakıda yıxılaraq vəfat edən 2 yaşlı uşaqla bağlı TƏFƏRRÜATLAR

Cəmiyyət
Dünən, 13:37

Mətbuat Şurası: Jurnalistlərə fiziki təzyiq göstərilməsi qəbuledilməzdir

Siyasət
Dünən, 12:28

Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşüb - FOTO

Cəmiyyət
Dünən, 12:10

Beynəlxalq terror təşkilatları ilə əlaqəli, terrorçuluğu maliyyələşdirmədə təqsirləndirilən dəstə üzvlərinə hökm oxunub

Cəmiyyət
Dünən, 11:39

Azərbaycanda son on ildə nikahların sayı təxminən 30%, doğulan uşaqların sayı isə 42% azalıb - İNSANOİD.COM-un ARAŞDİRMASI

Cəmiyyət
Dünən, 11:28

Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərib

Oxşar xəbərlər