top
Almaniyada yaşayan gəncəli: “Xan bağında gəzinti ruhun qidasıdır” – MÜSAHİBƏ
11 dekabr 2024, 08:00
- ↺ +

Almaniyada yaşayan gəncəli: “Xan bağında gəzinti ruhun qidasıdır” – MÜSAHİBƏ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol


Son illərdə xaricdə yaşayan həmyerlilərimizin sayı artıb. Bu artım həm sosial, həm də iqtisadi baxımdan önəmli dəyişikliklərə yol açır. Azərbaycan dövləti, xaricdəki azərbaycanlıları dəstəkləyərək, onların milli kimliklərini qorumağa, ölkə ilə əlaqələrini gücləndirməyə çalışır.

Bir çox azərbaycanlı gənc xaricdə təhsil almağa üstünlük verir. Bu, həm peşəkar inkişaf, həm də gələcəkdə daha yaxşı iş imkanları əldə etmək məqsədilə həyata keçirilir. Xarici ölkələrdə təhsil alan tələbələr təhsil aldıqları sahədə daha geniş perspektivlər qazanır və çox zaman orada qalmağa və iş tapmağa davam edirlər.

İnternetin və sosial medianın artan təsiri, həmçinin informasiya mübadiləsi vasitələri, azərbaycanlıların müxtəlif ölkələrdəki imkanlardan xəbərdar olmalarını təmin edir. Bu, onlara xaricdə yaşamağa və işləməyə dair daha çox məlumat və dəstək verir.

Gencexeber.az-ın əməkdaşı Almaniyada yaşayan, “Deutz-Fahr” şirkətinin biznes direktoru Fərrux Zeynalov ilə həmsöhbət olub.

Müsahibəni təqdim edirik:

– Fərrux bəy, öncə özünüz haqqında məlumat verməyinizi istərdim.

– 1988-ci il aprelin 29-da Gəncə şəhərində anadan olmuşam. 2005-2009-cu illərdə ADAU-nun İqtisadiyyat fakültəsində Menecment Alman proqramı ixtisasında bakalavr təhsili aldım. Oxuduğum müddətdə Logo proqramı üzrə Almaniyada k/t təcrübəsi keçdim, sonra da bir semestr Weihenstephan Universitetində təhsil aldım.

Bakalavr təhsilini bitirdikdən sonra hərbi xidmətə yollandım. Sonra Almaniyada təqaüd proqramını qazanaraq Weihenstephan Universitetində Aqrar menecment ixtisası üzrə magistr təhsili aldım. Artıq təhsil müddətində Universitetdə  assistent kimi çalışırdım. 2013-cü ildən “Deutz-Fahr” şirkətində marketinq mütəxəssisi kimi işə başladım, müxtəlif vəzifələrdə oldum, sonra isə həmin firmanın biznes direktoru vəzifəsinə kimi yüksəldim.

Almaniyada yaşayan gəncəli: “Xan bağında gəzinti ruhun qidasıdır” – ÖZƏL MÜSAHİBƏ
 

– Almaniyada nə vaxtdan yaşayırsınız?

– Gəncədə tələbə olduğum 2007-2008-ci illərdə Almaniyada müxtəlif kurslarda iştirak etdim. Magistr təhsilinə başladığım 2010-cu ildən isə daimi burada yaşayıram.

– Niyə Almaniyaya köçməyi qərarlaşdırdınız? Həyatınızda hansı amillər bu qərara təsir etdi?

– Almaniyaya köçmək qərarımın bir neçə səbəbi var. İlk olaraq, Almaniya keyfiyyətli təhsil və peşəkar inkişaf üçün geniş imkanlar təqdim edir. Həmçinin burada fərdi inkişaf üçün şərait çox əlverişlidir. Bununla yanaşı, beynəlxalq təcrübə qazanmaq və əməkdaşlıqlardan faydalanmaq  istəyim bu qərara təsir etdi. Bu addım mənim üçün həm peşəkar, həm də şəxsi inkişaf baxımından çox faydalı oldu.

– Almaniyada yaşamağa başladıqdan sonra Azərbaycanla bağlı hansı ən böyük fərqləri müşahidə etdiniz?

– Burada insanların ictimai nizam-intizam və qaydalara riayət etmək fərqləri çox nəzərə çarpır. Almaniyada dəqiqlik məsələsi də çox önəmlidir – insanlar zamanın dəyərinə çox ciddi yanaşır, gecikmə və ya verilən vədə əməl etməmək çox nadir hallarda baş verir.

Həmçinin iş və şəxsi həyat balansına verilən önəm də fərqli yanaşmanın göstəricisidir. İnsanlar daha çox idman etməyə və ailə ilə vaxt keçirməyə üstünlük verirlər, bu da ümumi həyat keyfiyyətinə müsbət təsir edir.

Almaniyada yaşayan gəncəli: “Xan bağında gəzinti ruhun qidasıdır” – ÖZƏL MÜSAHİBƏ
 

– Almaniyada milli mədəniyyətinizi necə qoruyursunuz? Azərbaycan adət-ənənələrini burada necə davam etdirirsiniz?

– Olduğumuz mühitdə adət-ənənələrimizi yaşatmağa çalışırıq. Axı onlar bizim milli sərvətimizdir. Novruz bayramını qeyd etmək bizim üçün Vətəndə olmaq qədər sevindiricidir – səməni cücərdir, paxlava, şəkərbura, rəngli yumurtalarla bayram süfrəsi hazırlayırıq. Burada yaşayan həmvətənlərimizlə toplanıb bayramlarımızı birgə qeyd etmək, milli musiqilərimizi dinləmək, rəqslərimizi oynamaqla adətlərimizi yaşadırıq.

Azərbaycanlı icmalarla əlaqədə olmaq və mədəni tədbirlərdə iştirak etməklə həmvətənlərimizlə birlikdə mədəniyyətimizi qoruyur və tanıdırıq. Bu şeylər milli kimliyimizi Almaniyada yaşatmağa imkan verir.  Mətbəx məsələsində isə… Azərbaycan mətbəxi dünyanın ən zəngin mətbəxlərindən biridir, buna görə də evdə milli mətbəximizdən faydalanırıq. Həmçinin alman qonşularımızı da yeməklərimizə qonaq edirik.

Almaniyada yaşayan gəncəli: “Xan bağında gəzinti ruhun qidasıdır” – ÖZƏL MÜSAHİBƏ
 

– Almaniyada iş mühiti necədir? İş tapmaqda çətinliklər yaşadınızmı? Azərbaycan ilə müqayisədə Almaniyada işləyərkən hansı fərqləri hiss etdiniz?

– İlk olaraq, iş mühitində qaydalar və dəqiqlik çox önəmlidir. Almaniyada planlara riayət etmək bir norma kimi qəbul edilir, bu isə işin effektivliyini artırır. Digər bir fərq iş və şəxsi həyat balansına verilən önəmdir. Almaniyada işdənkənar vaxtın qorunması və ailə ilə daha çox vaxt keçirmək mədəniyyəti geniş yayılıb.

Komanda işində isə daha çox strukturlaşdırılmış yanaşma mövcuddur. Hər kəs öz məsuliyyətini aydın şəkildə bilir və buna uyğun fəaliyyət göstərir. Bundan əlavə, Almaniyada işçilərin hüquqlarına böyük əhəmiyyət verilir və iş şəraiti yüksək standartlara uyğun təşkil olunur. Bu fərqlər peşəkar yanaşmamı inkişaf etdirməyə və iş həyatına yeni perspektivlərdən baxmağa imkan verir.

– “Deutz-Fahr” şirkətində biznes direktoru vəzifəsində çalışırsınız. Bu barədə danışardınız.

– Bu vəzifədə çalışmaq mənim üçün böyük məsuliyyət və eyni zamanda peşəkar inkişaf imkanıdır. Əsas məqsədim biznes strategiyalarını hazırlamaq və həyata keçirmək, şirkətin bazar payını artırmaq və müştəri məmnunluğunu təmin etməkdir. Komandamızla birlikdə yeni layihələr üzərində işləyir, bazar araşdırmaları aparır və məhsullarımızı daha geniş auditoriyaya təqdim etmək üçün effektiv həllər hazırlayırıq. Həmçinin tərəfdaşlarla əməkdaşlıq qurmaq və mövcud əlaqələri gücləndirmək işimin vacib hissəsidir.

Bu rolda mənə həm strateji düşüncə, həm də liderlik bacarıqlarımı inkişaf etdirmək üçün gözəl imkanlar yaradılıb. “Deutz-Fahr” kimi nüfuzlu bir şirkətdə işləmək, kənd təsərrüfatı texnologiyaları sahəsində irəliləyişlərə töhfə vermək mənim üçün fəxrdir. Yeri gəlmişkən, onu da qeyd edim ki, “Deutz-Fahr” şirkəti Gəncə avtomobil zavodu ilə də əməkdaşlıq edir.

Almaniyada yaşayan gəncəli: “Xan bağında gəzinti ruhun qidasıdır” – ÖZƏL MÜSAHİBƏ
 

– Azərbaycanlıların Almaniyada qarşılaşdığı əsas çətinliklər nələrdir? Bu çətinlikləri aşmaq üçün hansı həll yollarını tövsiyə edərsiniz?

– Azərbaycanlıların Almaniyada qarşılaşdıqları əsas çətinliklər dil baryeri, mədəniyyət fərqlilikləri və iş bazarına uyğunlaşmaqdır. Dil biliklərini artırmağı və sosial çevrələrini almandilli şəxslərlə əhatə etməyi, qanunvericilik normalarını bilmələri həmvətənlərimizin müsbət yöndə formalaşmasına kömək edə bilər.

– Azərbaycana qayıtmaq istərdinizmi? Qayıtmaq istəyirsinizsə, hansı şəraitdə və necə bir planla bunu həyata keçirməyi düşünürsünüz?

– Azərbaycana qayıtmaq planım hələlik yoxdur, amma bu qərarı peşəkar inkişaf və şəraitə əsasən verərdim. Əgər orada iş imkanları və yeni layihələr üçün şərait yaransaydı, qayıtmaq düşüncəm daha real olar. Beynəlxalq təcrübəmi Azərbaycanda tətbiq edərək yeni sahələrdə fəaliyyət göstərməyi və biliklərimi ölkəmizin inkişafı naminə istifadə etməyi planlaşdırardım.

– Almaniyada Azərbaycanı daha yaxşı tanıtmaq üçün nələr edilə bilər?

– Hazırda ölkəmizi bütün dünya dövlətləri tanıyır. COP 29 tədbirinin yüksək səviyyədə keçirilməsi buna bariz nümunədir. Almaniyada Azərbaycanı iqtisadi və mədəni-intellektual baxımdan daha yaxşı tanıtmaq üçün aşağıdakı addımlar atıla bilər:

Mədəniyyət tədbirləri – Azərbaycan musiqisi, rəqsləri və mətbəxini təqdim edən tanıtım gecələri, konsertlər və festivallar təşkil etmək.

İqtisadi əlaqələr – Biznes və investisiya forumları, müxtəlif sərgilərlə Azərbaycanda investisiya və sərmayə qoyuluşu imkanlarını alman iş adamlarına tanıtmaq.

Mediada təmsil – Azərbaycan milli-mədəni irsini tanıdan yazılar və sənədli filmlər yayımlamaq.

Turizm təşviqatı – Azərbaycanın təbiətini, tarixi abidələrini və turizm potensialını göstərmək.

Almaniyada yaşayan gəncəli: “Xan bağında gəzinti ruhun qidasıdır” – ÖZƏL MÜSAHİBƏ
 

– Son zamanlar ölkəmizdən Almaniyaya gedənlərin sayı artıb. Yəqin ki rastlaşırsınız, münasibətiniz necədir?

– Bu hal əlverişli iş imkanları və təhsil sahəsindəki əməkdaşlıqlarla əlaqəlidir. Bu, gənclərimizin özünüinkişafı və xarici təhsil təcrübəsini mənimsəməsi baxımından çox müsbət haldır. Həmçinin insanlarımızıın buradakı davranışı və inkişaf meyilləri ölkəmiz haqqında müsbət imic formalaşmasında böyük rol oynayır.

– Almaniyaya gəlmək istəyənlərə nə tövsiyələr edərdiniz?

Alman dilini öyrənmək. Bu, həm iş tapmaqda, həm də gündəlik həyatda daha rahat inteqrasiya olmaqda çox vacibdir. Ən əsası dəqiq və məsuliyyətli olmaqdır. Almaniya müxtəlif sahələrdə geniş iş və təhsil imkanları təqdim edir. Öz sahənizlə bağlı tələbləri və şərtləri əvvəlcədən araşdırın. Almaniyada sosial qaydalara və mədəniyyətə uyğunlaşmaq çox önəmlidir. Hər cəmiyyətin özünəməxsus davranış və ünsiyyət tərzi var. Yerli icmalarla əlaqələr yaradaraq sosial şəbəkəni genişləndirmək faydalıdır.

– Gəncə ilə bağlı xatirələrinizdən də bəhs edərdiniz.

– Gəncənin qəlbimdə yeri müqəddəsdir. Orada keçirdiyim vaxt, xatirələrim çox qiymətlidir. İldə bir dəfə mütləq Gəncəyə gəlirəm. Vətənimizin gözəlliyi, insanlarımızın səmimiliyi və qonaqpərvərliyi, şəhərimizin inkişafı məni çox sevindirir. Əsasən də səhər saatlarında Xan bağında gəzinti etmək ruhun qidasıdır.

Nəzrin Vahid


Son xəbərlər

İqtisadiyyat
Dünən, 15:09

Azərbaycanda Apple istifadəçilərinin hesablarının kütləvi şəkildə ələ keçirildiyi bildirilir

Cəmiyyət
Dünən, 14:49

Sabahdan Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatar reyslərinin sayı 4-ə çatdırılır

İqtisadiyyat
Dünən, 09:40

Apple yenidən dünyanın ən bahalı şirkəti olub

Cəmiyyət
Dünən, 08:02

Vətən müharibəsinin xronikası: 31 oktyabr

Cəmiyyət
30 oktyabr 2026, 17:48

Çelyabinskdə təqaüdçü fırıldaqçılara 33 milyon rubl dəyərində qızıl verib

Cəmiyyət
30 oktyabr 2026, 16:42

Noyabr ayına olan hava proqnozu açıqlanıb

Cəmiyyət
30 oktyabr 2026, 16:18

Prezident İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - SİAYHI

Siyasət
30 oktyabr 2026, 16:17

Hikmət Hacıyev: "Regionu böyük güclərin döyüş meydanından bazarına çevirmək istəyirik"

Cəmiyyət
30 oktyabr 2026, 16:15

Bayramov Ermənistanla sülh və Zəngəzur dəhlizinin əhəmiyyətindən danışıb

Cəmiyyət
30 oktyabr 2026, 15:28

Maqnit qasırğası nə vaxt olacaq? Alimlərdən yeni proqnoz

Cəmiyyət
30 oktyabr 2026, 14:36

Zelenski Rusiyanın 39 gəmisinə, bir sıra şirkətləri və fiziki şəxslərinə qarşı sanksiyalar tətbiq edib

Cəmiyyət
30 oktyabr 2026, 12:15

Gennadi Xazanov Fəxri xiyabanı ziyarət edib

Cəmiyyət
30 oktyabr 2026, 11:14

Trabzon Qastronomiya Festivalında pendir uzatma rekordu cəhdi - VİDEO

Cəmiyyət
30 oktyabr 2026, 11:12

Küləkli havada işçilərin yeni qaydalarla işlədilməsi haqqında tənzimləmə qəbul edilib

Cəmiyyət
30 oktyabr 2026, 10:57

Narkotik aludəçisi olan avtobus sürücüsü həbs edilib

Cəmiyyət
30 oktyabr 2026, 09:44

Ağdam və Xocavəndə növbəti köç karvanları yola salınıb

Cəmiyyət
30 oktyabr 2026, 09:03

ABŞ-də helikopterlər toqquşub, ölənlər var

Cəmiyyət
30 oktyabr 2026, 00:01

Vətən müharibəsinin xronikası: 30 oktyabr

Cəmiyyət
29 oktyabr 2026, 17:33

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu göndərib

Kriminal
29 oktyabr 2026, 16:50

Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb

Cəmiyyət
29 oktyabr 2026, 16:44

Canlı yayım zamanı restoranın QR kodu göründü, strimerə 12 min dollarlıq hesab gəldi

Cəmiyyət
29 oktyabr 2026, 16:17

Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

Cəmiyyət
29 oktyabr 2026, 13:53

Bakıda yıxılaraq vəfat edən 2 yaşlı uşaqla bağlı TƏFƏRRÜATLAR

Cəmiyyət
29 oktyabr 2026, 13:37

Mətbuat Şurası: Jurnalistlərə fiziki təzyiq göstərilməsi qəbuledilməzdir

Oxşar xəbərlər