"Ermənistan və Azərbaycan yaxın gələcəkdə sülh sazişi layihəsini tam şəkildə razılaşdıra biləcək".
İnsanoid.com Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə bildirib.
"Yaxın gələcəkdə biz qalmış olan bir-iki bəndlə bağlı razılığa gələ və tam razılaşdırılmış sülh sazişinə malik ola biləcəyik", – o qeyd edib.