top
Arvadını boğaraq öldürən: Telefonda başqa şəxslə danışanda tutdum
24 dekabr 2024, 06:19
- ↺ +

Arvadını boğaraq öldürən: "Telefonda başqa şəxslə danışanda tutdum"

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakıda həyat yoldaşını qısqanclıq zəminində boğaraq öldürməkdə təqsirləndirilən Nurəddin Məmmədovun cinayət işinin məhkəmə istintaqı yekunlaşıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan edilib.

İttihama aktına əsasən, Nurəddin Məmmədov 28 aprel 2024-cü il tarixdə, saat 12 radələrində yaşadığı Bakı şəhəri, Ramana qəsəbəsindəki evində olarkən arvadı, zərərçəkmiş Ayşən Məmmədovanın pilləkəndə oturub istintaqa məlum olmayan şəxslə “Whatsapp”da görüntülü danışdığını görüb. O, arvadının əvvəllər də bir neçə dəfə başqa şəxslərlə əlaqəsi olduğunu aşkar etdiyindən ona xəyanət etdiyini güman edib. Sonra təqsirləndirilən şəxs telefonu qadının əlindən alıb başına vurub, sinəsindən itələyib, bıçağın dəstəyi ilə onun təpə nahiyəsindən bir dəfə vurub.

Bundan başqa, o, 5 may 2024-cü il tarixdə, saat 13:30 radələrində yaşadığı evə gəlib arvadı Ayşənin yataq otağında “Whatsapp"da kiminləsə aralarında intim münasibət olması barədə söhbət apardıqlarını və yazışmalarını görüb. Sonra Nurəddin həyat yoldaşının ona xəyanət etməsindən əmin olub. Bu zaman Ayşən isə etdiyi hərəkətlərə haqq qazandırmağa çalışıb. Onlar mübahisə edə-edə mətbəx otağına keçiblər. Daha sonra təqsirləndirilən şəxs qəflətən hər iki əli ilə qadının boğazından tutaraq yerə yıxıb. Nurəddin yerdə arvadını boğaraq öldürüb.

Məhkəmə baxışı zamanı o, elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. Nurəddin ifadəsində qeyd edib ki, hadisə günü evə gəldiyini arvadına deməyib. O, evə əsas girişdən deyil, arxa tərəfdən daxil olub.

"Otağın qarşısına kimi yavaş-yavaş gələrək Ayşənin telefonla danışdığını gördüm. Arvadımın telefonla danışdıqlarına bir az qulaq asdım və “uşaqlar olduğundan göstərə bilməməsini” söylədiyini eşitdim. Həmin anda içəri daxil oldum. Ayşən məni görən kimi yuxarı qalxmış köynəyini aşağı endirdi. Həmin vaxt qarşı tərəfdəki şəxs telefonu söndürdü. Ondan həmin şəxsin kim olduğunu soruşdum. O, telefonda danışdığı şəxsin bacısının tanışı olduğunu bildirdi. Lakin arvadıma inanmadım. Telefonu götürüb yazışmalara baxdım və bundan sonra mübahisəmiz başladı. Uşaqlar mübahisəmizi görməsin deyə mətbəx otağına keçdik. Sonra Ayşən təhqirə keçməyə başladı. Həmin an əsəbi olduğumdan arvadımı yerə yıxıb boğazından sıxdım. Onu öldürmək kimi bir məqsədim yox idi. Məqsədim telefondakı yazışmaları sübut kimi məhkəməyə təqdim edib uşaqları onun əlindən almaq idi", deyə Nurəddin ifadəsində söyləyib.

O deyib ki, Ayşəni öldürdükdən sonra qardaşına zəng edərək hadisəni ona danışıb. Qardaşı onlara gəldikdən sonra DİN-in 102 qaynar xəttinə zəng edib təslim olduğunu bildirib.

Sonda Nurəddin himayəsində 2 azyaşlı uşaqlarının olduğunu və əməlindən peşmançılıq çəkdiyini qeyd edərək məhkəmədən ədalətli hökm çıxarmasını xahiş edib.

Nurəddin Məmmədovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 128-ci (qəsdən sağlamlığa az ağır zərə vurma) maddələri ilə ittiham irəli sürülüb.

Məhkəmənin hökmü ilə o, 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Son xəbərlər

İqtisadiyyat
Bu gün, 15:09

Azərbaycanda Apple istifadəçilərinin hesablarının kütləvi şəkildə ələ keçirildiyi bildirilir

Cəmiyyət
Bu gün, 14:49

Sabahdan Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatar reyslərinin sayı 4-ə çatdırılır

İqtisadiyyat
Bu gün, 09:40

Apple yenidən dünyanın ən bahalı şirkəti olub

Cəmiyyət
Bu gün, 08:02

Vətən müharibəsinin xronikası: 31 oktyabr

Cəmiyyət
Dünən, 17:48

Çelyabinskdə təqaüdçü fırıldaqçılara 33 milyon rubl dəyərində qızıl verib

Cəmiyyət
Dünən, 16:42

Noyabr ayına olan hava proqnozu açıqlanıb

Cəmiyyət
Dünən, 16:18

Prezident İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - SİAYHI

Siyasət
Dünən, 16:17

Hikmət Hacıyev: "Regionu böyük güclərin döyüş meydanından bazarına çevirmək istəyirik"

Cəmiyyət
Dünən, 16:15

Bayramov Ermənistanla sülh və Zəngəzur dəhlizinin əhəmiyyətindən danışıb

Cəmiyyət
Dünən, 15:28

Maqnit qasırğası nə vaxt olacaq? Alimlərdən yeni proqnoz

Cəmiyyət
Dünən, 14:36

Zelenski Rusiyanın 39 gəmisinə, bir sıra şirkətləri və fiziki şəxslərinə qarşı sanksiyalar tətbiq edib

Cəmiyyət
Dünən, 12:15

Gennadi Xazanov Fəxri xiyabanı ziyarət edib

Cəmiyyət
Dünən, 11:14

Trabzon Qastronomiya Festivalında pendir uzatma rekordu cəhdi - VİDEO

Cəmiyyət
Dünən, 11:12

Küləkli havada işçilərin yeni qaydalarla işlədilməsi haqqında tənzimləmə qəbul edilib

Cəmiyyət
Dünən, 10:57

Narkotik aludəçisi olan avtobus sürücüsü həbs edilib

Cəmiyyət
Dünən, 09:44

Ağdam və Xocavəndə növbəti köç karvanları yola salınıb

Cəmiyyət
Dünən, 09:03

ABŞ-də helikopterlər toqquşub, ölənlər var

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 30 oktyabr

Cəmiyyət
29 oktyabr 2026, 17:33

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu göndərib

Kriminal
29 oktyabr 2026, 16:50

Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb

Cəmiyyət
29 oktyabr 2026, 16:44

Canlı yayım zamanı restoranın QR kodu göründü, strimerə 12 min dollarlıq hesab gəldi

Cəmiyyət
29 oktyabr 2026, 16:17

Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

Cəmiyyət
29 oktyabr 2026, 13:53

Bakıda yıxılaraq vəfat edən 2 yaşlı uşaqla bağlı TƏFƏRRÜATLAR

Cəmiyyət
29 oktyabr 2026, 13:37

Mətbuat Şurası: Jurnalistlərə fiziki təzyiq göstərilməsi qəbuledilməzdir

Oxşar xəbərlər