Avqustun 12-də Dövlət İmtahan Mərkəzi azərbaycan dili fənni üzrə üçüncü test imtahanı keçirəcək.
Əvvəlki imtahanda iştirak etməyən və ya qeyri-məqbul qiymət alan orta ixtisas təhsil müəssisələrinə qəbul olmaq üçün sənəd verən cari ilin abituriyentləri və əvvəlki illərin məzunları imtahanda iştirak edə bilərlər.
Abituriyentlər imtahana buraxılış vərəqəsini və imtahan iştirakçısının sağlamlığı haqqında bəyannaməni çap etməlidirlər. Şagird bəyannaməni imtahan günü imzalayıb nəzarətçiyə təqdim etməlidir.
Bundan əvvəl azərbaycan dili fənni üzrə imtahan mayın 20-də və iyunun 24-də keçirilib.