Türkiyənin Konya şəhərində keçirilən “TurAz Şahini - 2021” birgə taktiki-uçuş təlimləri davam edir. Təlim planına uyğun olaraq Azərbaycan və Türkiyə hərbi təyyarəçiləri döyüş uçuşları həyata keçiriblər. Bu barədə sentyabrın 7-də Müdafiə Nazirliyindən məlumat verilib.
Azərbaycan hərbi təyyarəçiləri təlimə Su-25 hücum və MİQ-29 qırıcı təyyarələri ilə qatılıblar. Təlimlər sentyabrın 6-dan 17-dək davam edəcək.
Həmçinin sentyabrın 6-da Azərbaycanla Türkiyə Laçın rayonunda birgə taktiki təlim keçiriblər.
[gallery size="full" ids="5971,5972,5973"]