“Təbiəti qoruyaq” adlı yeni məşğulluq layihəsi çərçivəsində 1000-ə yaxın şəxs işlə təmin ediləcək. Bununla bağlı Dövlət Məşğulluq Agentliyi məlumat yayıb.
İşaxtaran şəxslər layihədə iştirak etmək üçün müvafiq ərazi məşğulluq mərkəzlərinə 31 oktyabr 2021-ci il tarixinə kimi mücatiət edə bilərlər.
Abadlıq işləri Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Salyan, Şamaxı, Şəki, Mingəçevir, Quba və Bərdədə aparılacaq. Habelə layihə işğaldan azad edilmiş şəhər və rayonlarımızda keçiriləcək. İşaxtaran şəxslər 2-4 ay müddətinə işlə təmin olunacaqlar.
Layihənin məqsədi işaxtaran şəxslərin məşğulluğunun təmin edilməsi və işçi qüvvəsinin əməyindən səmərəli istifadə edilməsidir.