Azərbaycanda 2021-ci ilin ilk yarısında vergi ödəyicilərinin sayı artıb. Bu barədə 5 avqust tarixində İqtisadiyyat Naziri Mikayıl Cabbarov öz Twitter səhifəsində paylaşım edib.
Nazirin sözlərinə görə, 2021-ci ilin yanvar-iyun aylarında aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 3,9% artaraq 640 mindən çox, ƏDV ödəyicilərinin sayı 8,9% artaraq 32 minə yaxın, qeydiyyatdan keçmiş obyektlərin sayı isə 5,8% artaraq 177 minə yaxın təşkil edib.
Cari ilin ilk yarımilliyində dövlət büdcəsinə daxil olan verginin məbləği 4 milyard manatdan çox olub. 2020-ci ildə vergi daxilolmaları 7 milyard manatdan çox təşkil edib.
2021-ci ilin 6 ayında aktiv #vergiödəyiciləri-nin sayı ilin əvvəli ilə müqayisədə 3,9% artaraq 640.401, #ƏDV ödəyicilərinin sayı 8,9% artaraq 31.738, qeydiyyatdan keçmiş obyektlərin sayı isə 5,8% artaraq 176.794 təşkil edib.#İqtisadiyyat #Vergi #Vergilər #EconomyAz pic.twitter.com/rul4dVU7Oa
— Mikayil Jabbarov (@MikayilJabbarov) August 5, 2021