AZAL-a məxsus Embraer 190 təyyarəsinin qəzaya uğraması ilə bağlı yeni məlumatlar m'lum olub.
İnsanoid.com "Mash" "Telegram" kanalına istinadən xəbər verir ki, qəzadan sonra yayılan kadrlara əsasən, Embraer 190 təyyarəsinin qəzasında azı 10 nəfər həyatını itirib. Toqquşmadan sonra bəzi sərnişinlər təyyarənin salonundan çıxaraq tarlaya düşüblər.
Hadisə nəticəsində 28 nəfər yaralanıb. Onlar əsasən təyyarənin quyruq hissəsində yerləşən sərnişinlərdir. Yaralıların hamısı hazırda vilayət xəstəxanasında müalicə olunur. Yaralılar arasında uşaqlar da var.
Mankistau vilayətinin Uşaq Hüquqları üzrə müvəkkilinin ofisinin əməkdaşı hazırda vilayət uşaq xəstəxanasındadır. Uşaqlardan ikisi – 2013 və 2008-ci il təvəllüdlü qızlar – lazımi tibbi yardımla təmin olunurlar. Bu barədə Uşaq Hüquqları üzrə müvəkkil Dinarə Zəkiyeva məlumat verib.
Qəza ilə bağlı araşdırmalar davam edir. Rəsmi açıqlamalar gözlənilir.
12:04
AZAL "Azərbaycan Hava Yolları" aviaşirkətinin Aktauda qəzaya uğrayan təyyarəsində 37 Azərbaycan vətəndaşı olub.
Bu barədə Report.az Qazaxıstan Nəqliyyat Nazirliyinin məlumatına istinadən xəbər verir.
"İlkin məlumata görə, təyyarədə 37 Azərbaycan, 6 Qazaxıstan, 3 Qırğızıstan, 16 Rusiya vətəndaşı olub", - nazirliyin məlumatında bildirilib.
![]()
11:56
Aktauda qəzaya uğrayan təyyarədə 14 nəfər sağ qalıb.
Məlumata görə, 14 yaralı Manqistau regional xəstəxanasına çatdırılıb, onlardan 5-i ağır vəziyyətdədir.
11:38
Aktauda AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində 12 nəfər xəsarətlə xəstəxanaya çatdırılıb, Qazaxıstan Səhiyyə Nazirliyi məlumat yayıb.
İnsanoid.com AZAL-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, göyərtədə 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Sərnişinlər arasında uşaqlar olmayıb, zərərçəkənlər barədə məlumat tezliklə təqdim ediləcək. Məlumata görə sağ qalanlar var, onlara ilkin tibbi yardım göstərilir.
Qazaxıstan tərəfi ilə təmaslar həyata keçirilir və hadisə yerində Qazaxıstanın fövqəladə xilasetmə qurumları tərəfindən lazımi operativ zəruri dəstək göstərilir.
11:30
Qazaxıstanda qəzaya uğrayan Embraer 190AR təyyarəsinin idarəetmə sistemi sıradan çıxıb.
SHOT Telegram kanalının məlumatına görə, təyyarə ekipajı havaya qalxdıqdan təxminən bir saat sonra həyəcan siqnalı verib. Bundan 15 dəqiqə sonra Aktau aerodromuna yönəlmək qərarı qəbul edilib. Təəssüf ki, təyyarə Moskva vaxtı ilə saat 09:28-də qəzaya uğrayıb.
Bütün sağ qalanlar olduqca ağır vəziyyətdədir.
Qəza ilə bağlı araşdırmalar davam edir.
11:24
Qazaxıstan Səhiyyə Nazirliyinin məlumatına əsasən, qəza nəticəsində 10 nəfərin sağ qaldığı deyilir.
11:16
Qazaxıstanın Aktau şəhəri yaxınlığında təyyarənin qəzaya uğradığı yerdə yanğının söndürülməsi üçün 52 yanğınsöndürən və 11 texnika cəlb olunub, bu barədə respublika Fövqəladə Hallar Nazirliyi məlumat verib.
İnsanoid.com xəbər verir ki, təyyarənin göyərtəsində 62 sərnişin və 5 ekipaj üzvü olub.
11:08
“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.
İnsanoid.com bu barədə AZAL-a istinadən xəbər verir.
İlkin ehtimala görə, hadisəyə səbəb hava gəmisinin quş sürüsü ilə toqquşması olub.
Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.