top
AZAL və CarbonClick karbon emissiyalarını azaltmaq üçün əməkdaşlığı müzakirə ediblər
16 noyabr 2024, 01:05
- ↺ +

AZAL və "CarbonClick" karbon emissiyalarını azaltmaq üçün əməkdaşlığı müzakirə ediblər

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan Hava Yolları (AZAL) QSC-nin prezidenti Samir Rzayev “CarbonClick” şirkətinin baş icraçı direktoru Deyv Rouz ilə görüşüb.

İnsanoid.com qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakıda keçirilən görüş çərçivəsində karbon emissiyalarının azaldılmasının vacibliyi tərəfdaşlar tərəfindən bir daha vurğulanıb. Qurum rəhbərləri karbon emissiyalarını azaltmaq və uçuşları dayanıqlı etmək məqsədilə danışıqlar aparıb və yeni əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Cənab Rzayev ikitərəfli görüş zamanı planetimizi qorumaq və onun dayanıqlı gələcəyinin qurulmasına töhfə vermək öhdəliyinin “CarbonClick” ilə müştərək şəkildə yerinə yetirilməsinin əhəmiyyətini qeyd edib və sərnişinlərin uçuş zamanı ətraf mühitə təsirlərini asan və şəffaf formada azalda biləcəklərindən məmnunluğunu ifadə edib.

Cənab Rouz isə öz növbəsində qarşılıqlı əməkdaşlığı şərh edərkən bildirib ki, məqsəd qlobal istiləşmənin qarşısını almaq üçün ciddi addımlar atmaq və iqlim dəyişikliyinə məruz qalmayan dünyada yaşamaqdır. Onun sözlərinə görə bu tərəfdaşlıq AZAL sərnişinlərinin səyahətlərinin ətraf mühitə olan təsirini azaltmalarına şərait yaratmaqla prosesi sadə, şəffaf və etibarlı nəticələrlə təmin edəcək.

Qeyd edək ki, oktyabr ayının əvvəlindən başlayaraq AZAL sərnişinlərin karbon qazını kompensasiya edə bilmələri üçün proqrama start verib və bu könüllü təşəbbüsü aviabilet alışı prosesinə inteqrasiya edib. Proqram vasitəsilə AZAL-ın hər bir sərnişini bir sıra ölkələrdə icrası həyata keçirilən ekoloji layihələrə dəstək verə, səyahətinin ətraf mühitə təsirinin azaldılmasında iştirak edə bilər.

AZAL və “CarbonClick”in birgə fəaliyyəti karbon izinin azaldılması və dayanıqlı səyahətlərin təşviqi istiqamətində addımlar atmağa şərait yaradır, eyni zamanda, sərnişinlərə ekoloji məsələlərə daha yaxından cəlb olunmaq imkanı verir.

Son xəbərlər

İqtisadiyyat
31 oktyabr 2026, 15:09

Azərbaycanda Apple istifadəçilərinin hesablarının kütləvi şəkildə ələ keçirildiyi bildirilir

Cəmiyyət
31 oktyabr 2026, 14:49

Sabahdan Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatar reyslərinin sayı 4-ə çatdırılır

İqtisadiyyat
31 oktyabr 2026, 09:40

Apple yenidən dünyanın ən bahalı şirkəti olub

Cəmiyyət
31 oktyabr 2026, 08:02

Vətən müharibəsinin xronikası: 31 oktyabr

Cəmiyyət
30 oktyabr 2026, 17:48

Çelyabinskdə təqaüdçü fırıldaqçılara 33 milyon rubl dəyərində qızıl verib

Cəmiyyət
30 oktyabr 2026, 16:42

Noyabr ayına olan hava proqnozu açıqlanıb

Cəmiyyət
30 oktyabr 2026, 16:18

Prezident İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - SİAYHI

Siyasət
30 oktyabr 2026, 16:17

Hikmət Hacıyev: "Regionu böyük güclərin döyüş meydanından bazarına çevirmək istəyirik"

Cəmiyyət
30 oktyabr 2026, 16:15

Bayramov Ermənistanla sülh və Zəngəzur dəhlizinin əhəmiyyətindən danışıb

Cəmiyyət
30 oktyabr 2026, 15:28

Maqnit qasırğası nə vaxt olacaq? Alimlərdən yeni proqnoz

Cəmiyyət
30 oktyabr 2026, 14:36

Zelenski Rusiyanın 39 gəmisinə, bir sıra şirkətləri və fiziki şəxslərinə qarşı sanksiyalar tətbiq edib

Cəmiyyət
30 oktyabr 2026, 12:15

Gennadi Xazanov Fəxri xiyabanı ziyarət edib

Cəmiyyət
30 oktyabr 2026, 11:14

Trabzon Qastronomiya Festivalında pendir uzatma rekordu cəhdi - VİDEO

Cəmiyyət
30 oktyabr 2026, 11:12

Küləkli havada işçilərin yeni qaydalarla işlədilməsi haqqında tənzimləmə qəbul edilib

Cəmiyyət
30 oktyabr 2026, 10:57

Narkotik aludəçisi olan avtobus sürücüsü həbs edilib

Cəmiyyət
30 oktyabr 2026, 09:44

Ağdam və Xocavəndə növbəti köç karvanları yola salınıb

Cəmiyyət
30 oktyabr 2026, 09:03

ABŞ-də helikopterlər toqquşub, ölənlər var

Cəmiyyət
30 oktyabr 2026, 00:01

Vətən müharibəsinin xronikası: 30 oktyabr

Cəmiyyət
29 oktyabr 2026, 17:33

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu göndərib

Kriminal
29 oktyabr 2026, 16:50

Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb

Cəmiyyət
29 oktyabr 2026, 16:44

Canlı yayım zamanı restoranın QR kodu göründü, strimerə 12 min dollarlıq hesab gəldi

Cəmiyyət
29 oktyabr 2026, 16:17

Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

Cəmiyyət
29 oktyabr 2026, 13:53

Bakıda yıxılaraq vəfat edən 2 yaşlı uşaqla bağlı TƏFƏRRÜATLAR

Cəmiyyət
29 oktyabr 2026, 13:37

Mətbuat Şurası: Jurnalistlərə fiziki təzyiq göstərilməsi qəbuledilməzdir

Oxşar xəbərlər