top
Azərbaycan otellərində Yeni ili keçirmək neçəyə başa gəlir? – QİYMƏTLƏR
17 dekabr 2024, 23:25
- ↺ +

Azərbaycan otellərində Yeni ili keçirmək neçəyə başa gəlir? – QİYMƏTLƏR

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qarşıdan Yeni il gəlir. Bayram tətili olduğu üçün insanlar istirahət üçün müxtəlif rayonlara üz tuturlar. Bu səbəblə Banco.az bölgələrimizdə yerləşən otellərin qiymətlərini araşdırıb.

Araşdırılan otellər arasında bayram paketlərinin qiymətləri 620 manatdan başlayır. Bu qiymət 2 nəfər üçün (2 nəfərlik) otaqların başlanğıc qiymətidir. Qiymətlər 2 gecə 3 gün üçün nəzərdə tutulub. Bəzi otellərdə bu qiymət 3 gecə üçündür.

Hazırda ən ucuz qiymət təklif edən otel Şəkidə yerləşən "Sheki Palace Hotel"dir. Şəkidəki digər otel "Marxal Resort & SPA"da isə qiymət 1 240 manatdan başlayır. Yay-qış fərq etmədən əyləncə və istirahət üçün ən çox səfər edilən rayonlarımızdan olan Qəbələdə başlanğıc qiymət 966 manatdır. Bu qiyməti "Gabala Garden Hotel" təklif edir. "Qafqaz Riverside Hotel" və "Qafqaz Tufandag Hotel"də isə qiymətlər müvafiq olaraq 1 576 manat və 1 620 manatdır.

"Qalaalti Hotel & SPA"da başlanğıc qiymət 1 480 manat, "Shabran Wellbeing Resort"da isə qiymət 1 500 manatdır. Hər iki otel Şabranda yerləşir.

Bu otellər arasında ən bahalı qiymət Quba və Qusarda yerləşən otellərdə təklif edilir. "Quba Palace Hotel"də qiymət 2 500 manat, "Park Chalet" və "Pik Palace" otellərində qiymət 5 100 manat və 5 300 manatdır. Qusarda yerləşən bu otellərdə minimum 3 gecə üçün rezervasiya edilməlidir. Qeyd edək ki, hər 3 otel də 5 ulduzludur. "Macara Lake Park Quba"da isə 2 nəfər üçün 2 gecəlik qiymət 1 450 manatdır.

İsmayıllıda yerləşən "Basqal Resort & SPA"da 2 gecə üçün 2 nəfərlik qiymət 1 520 manatdan başlayır.

"Sakit Gol Hotel Shamaky"da başlanğıc qiymət 1 250 manat, "Shamakhi Palace Sharadil"də isə 1 770 manatdır. Siyahımızda Naftalandan 3 otel qeyd edilib. "Gashalti Health Hotel" (750 manat), "Chinar Hotel & SPA Naftalan" (900 manat) və "Garabag Resort & SPA" (945 manat). Hər 3 oteldə minimum 3 gecə rezerv etmək mümkündür. Otellər həmçinin sağlamlıq mərkəzi olaraq fəaliyyət göstərir. "Lankaran Springs Wellness Resort"da qiymət 1 399 manatdır.

"El Resort Qax"da qiymətlər daha münasibdir. Bu oteldə 2 gecə üçün 2 nəfərlik qiymət 715 manatdır. Şuşada yerləşən "Shusha Hotel"də isə qiymət 1 900 manatdır.

Otellərin bu qiymətə daxil etdiyi xidmətlərə Qala Şam yeməyi, səhər yeməyi, günorta yeməyi, axşam yeməyi, müxtəlif əyləncə proqramları, məşhur qonaqlar, uşaqlar üçün xüsusi oyunlar, əyləncələr, SPA xidmətləri və s. daxildir.

Daha ətraflı məlumatı infoqrafikdən əldə edə bilərsiniz. Onu da qeyd edək ki, artıq otellər dolmağa başlayıb. Bu səbəblə hazırda təklif edilən başlanğıc qiymətə bir neçə gün sonra otaq tapmaya bilərsiniz. Odur ki, öncədən rezerv etmənizi məsləhət görürük. Həmçinin əlavə edək ki, otellərin təklif etdiyi xidmətləri ümumi olaraq qeyd etmişik. Qiymətə daxil edilən bütün xidmətləri otellə əlaqə saxlayaraq öyrənə bilərsiniz.

[gallery link="file" columns="1" size="full" ids="210440"]

Son xəbərlər

İqtisadiyyat
Dünən, 15:09

Azərbaycanda Apple istifadəçilərinin hesablarının kütləvi şəkildə ələ keçirildiyi bildirilir

Cəmiyyət
Dünən, 14:49

Sabahdan Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatar reyslərinin sayı 4-ə çatdırılır

İqtisadiyyat
Dünən, 09:40

Apple yenidən dünyanın ən bahalı şirkəti olub

Cəmiyyət
Dünən, 08:02

Vətən müharibəsinin xronikası: 31 oktyabr

Cəmiyyət
30 oktyabr 2026, 17:48

Çelyabinskdə təqaüdçü fırıldaqçılara 33 milyon rubl dəyərində qızıl verib

Cəmiyyət
30 oktyabr 2026, 16:42

Noyabr ayına olan hava proqnozu açıqlanıb

Cəmiyyət
30 oktyabr 2026, 16:18

Prezident İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - SİAYHI

Siyasət
30 oktyabr 2026, 16:17

Hikmət Hacıyev: "Regionu böyük güclərin döyüş meydanından bazarına çevirmək istəyirik"

Cəmiyyət
30 oktyabr 2026, 16:15

Bayramov Ermənistanla sülh və Zəngəzur dəhlizinin əhəmiyyətindən danışıb

Cəmiyyət
30 oktyabr 2026, 15:28

Maqnit qasırğası nə vaxt olacaq? Alimlərdən yeni proqnoz

Cəmiyyət
30 oktyabr 2026, 14:36

Zelenski Rusiyanın 39 gəmisinə, bir sıra şirkətləri və fiziki şəxslərinə qarşı sanksiyalar tətbiq edib

Cəmiyyət
30 oktyabr 2026, 12:15

Gennadi Xazanov Fəxri xiyabanı ziyarət edib

Cəmiyyət
30 oktyabr 2026, 11:14

Trabzon Qastronomiya Festivalında pendir uzatma rekordu cəhdi - VİDEO

Cəmiyyət
30 oktyabr 2026, 11:12

Küləkli havada işçilərin yeni qaydalarla işlədilməsi haqqında tənzimləmə qəbul edilib

Cəmiyyət
30 oktyabr 2026, 10:57

Narkotik aludəçisi olan avtobus sürücüsü həbs edilib

Cəmiyyət
30 oktyabr 2026, 09:44

Ağdam və Xocavəndə növbəti köç karvanları yola salınıb

Cəmiyyət
30 oktyabr 2026, 09:03

ABŞ-də helikopterlər toqquşub, ölənlər var

Cəmiyyət
30 oktyabr 2026, 00:01

Vətən müharibəsinin xronikası: 30 oktyabr

Cəmiyyət
29 oktyabr 2026, 17:33

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu göndərib

Kriminal
29 oktyabr 2026, 16:50

Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb

Cəmiyyət
29 oktyabr 2026, 16:44

Canlı yayım zamanı restoranın QR kodu göründü, strimerə 12 min dollarlıq hesab gəldi

Cəmiyyət
29 oktyabr 2026, 16:17

Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

Cəmiyyət
29 oktyabr 2026, 13:53

Bakıda yıxılaraq vəfat edən 2 yaşlı uşaqla bağlı TƏFƏRRÜATLAR

Cəmiyyət
29 oktyabr 2026, 13:37

Mətbuat Şurası: Jurnalistlərə fiziki təzyiq göstərilməsi qəbuledilməzdir

Oxşar xəbərlər