Azərbaycan Sahibkarlar Konfederasiyasının baş katibi vəzifəsinə Ziya Hacılı təyin edilib.
İnsanoid.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası məlumat yayıb.
Konfederasiyanın prezidenti Məmməd Musayev Z.Hacılını təbrik edib.
Ziya Hacılı Bakı Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirib, fəlsəfə doktoru dərəcəsinə sahibdir və müxtəlif beynəlxalq kurs və seminarları tamamlayıb. Əvvəllər Milli Elmlər Akademiyasında, Fövqəladə Hallar Nazirliyində və Mərkəzi Bankda rəhbər vəzifələrdə çalışıb.
O, 2024-cü ilin aprelindən Konfederasiya prezidentinin müşaviri idi.