Azərbaycanda fevralın 10-na unun topdansatış qiyməti açıqlanıb.
Fevralın 10-na Azərbaycandakı un istehsalçılarının topdansatış məntəqələrində 50 kq-lıq un kisəsinin satış qiyməti 27-28,2 manat, o cümlədən Bakı şəhəri və Abşeron rayonunda 26,9-27,3 manat civarında dəyişib.
İnsanoid.com xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidməti məlumat yayıb.
Belə ki, un istehsalçıları qiymətləri 5 qəpikdən 50 qəpiyə qədər artırıblar.
Ən ucuz un növü bazara “Dəvəçi-Taxıl” MMC, ən bahalısı isə “Azeri-Arapoğlu U.S.və T.LTD” BM tərəfindən təqdim olunur.