Azərbaycanda utilizasiyaya qəbul olunmuş avtomobillərin sayı açıqlanıb
Bu günə qədər 11 avtomobil utilizasiyaya qəbul edilib və 11 min 550 manat ödəniş edilib.
Azərbaycanda cari ilin noyabr ayından nəqliyyat vasitələrinin utilizasiyasına başlanılıb və bu günə qədər 11 avtomobil utilizasiyaya qəbul edilib. Buna görə isə avtomobil sahiblərinə 11 550 manat ödəniş edilib.
Bunu Report-a açıqlamasında “Təmiz Şəhər”ASC-nin şöbə müdiri Mirzə Laçınov bildirib.
Onun sözlərinə görə, ümumilikdə isə indiyə qədər 40-a yaxın avtomobil utilizasiyaya təqdim edilib.