Naxçıvan Şəhər Maliyyə İdarəsinin rəis müavini Əliyev Elşən Fərman oğlu vəfat edib. Manset.az-ın məlumatına görə, bu barədə Naxçıvan Muxtar Respublikası Maliyyə nazirliyin rəsmi sosial şəbəkə hesablarında paylaşım edilib.Paylaşımda deyilir: "Maliyyə Nazirliyinin kollektivi olaraq mərhuma Allahdan rəhmət, ailəsinə səbr diləyirik.Allah rəhmət eləsin".
