Rusiyanın NTV kanalında yayımlanan "Avatar" şousunun üçüncü mövsümünün üçüncü buraxılışında maraqlı anlar yaşanıb.
İnsanoid.com xəbər verir ki, münsiflər heyəti "Karabas-Barabas" avatarının arxasında Azərbaycanın Xalq artisti Elçin Əzizovun olduğunu müəyyən edib. Əzizov bu barədə sosial media hesabında şounun kulisindən görüntülər paylaşıb.
Qeyd edək ki, Elçin Əzizov daha əvvəl NTV kanalında yayımlanan "Maska" şousunda "Mandrill" obrazı ilə çıxış edərək finala qədər yüksəlib və dördüncü yeri tutub.
[video width="480" height="854" mp4="https://insanoid.com/storage/thumbs/large/2024/11/Nu_zdravstvuyte_moi_kukolki_ntvshouavatarvaytmediakarabasb.mp4"][/video]