top
“Azərpoçt” regionda təkrar emal olunmuş materiallardan marka buraxan ilk poçt təşkilatı oldu
12 noyabr 2024, 01:54
- ↺ +

“Azərpoçt” regionda təkrar emal olunmuş materiallardan marka buraxan ilk poçt təşkilatı oldu

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ölkənin milli poçt operatoru davamlı inkişaf sahəsində mühüm addım atıb. Belə ki, “Azərpoçt” regionda ilk təşkilatdır ki, təkrar emal olunmuş materiallardan poçt markalarının buraxılmasına başlayıb. Bu yenilik poçt xidmətlərinin ətraf mühitə təsirini azaltmaq və ümumi xidmət sahəsində yaşıl həlləri təşviq etmək məqsədi daşıyır.

İnsanoid.com “Azərpoçt”-a istinadən xəbər verir ki, ilk buraxılan marka isə Azərbaycanda təşkil olunan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına həsr olunub. Tədbirin ölkəmiz üçün əhəmiyyətini nəzərə alaraq, buraxılan markaların COP29 tədbirinin konsepsiyasına və tələblərinə tam cavab verməsi “Azərpoçt” MMC tərəfindən təmin olunub. Tam innovativ sayılan bu buraxılışın əsas ideyası ondan ibarətdir ki, markalar 100 faiz təkrar emal edilmiş materiallar əsasında çap olunub.

Markalar Almaniyanın Berlin şəhərində yerləşən “Bundesdruckerei GmbH” mətbəəsində 10.000 tirajla çap edilib. Xüsusilə qeyd olunmalıdır ki, təkcə kağızın təkrar emalı 2,5 ay çəkib. Bu da “Azərpoçt”un yaşıl dünya naminə həmrəylik nümayiş etdirərək, COP29 tədbirinin ideyasına sona qədər sadiq qalmasını göstərir.

Qeyd edək ki, təkrar emal edilmiş materiallardan istifadə təşəbbüsü təkcə tullantıların azaldılmasına kömək etmir, həm də regionda poçt və dövlət xidmətləri üçün yeni standart müəyyən edir.

[gallery size="full" ids="204478,204477"]

Son xəbərlər

İqtisadiyyat
31 oktyabr 2026, 15:09

Azərbaycanda Apple istifadəçilərinin hesablarının kütləvi şəkildə ələ keçirildiyi bildirilir

Cəmiyyət
31 oktyabr 2026, 14:49

Sabahdan Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatar reyslərinin sayı 4-ə çatdırılır

İqtisadiyyat
31 oktyabr 2026, 09:40

Apple yenidən dünyanın ən bahalı şirkəti olub

Cəmiyyət
31 oktyabr 2026, 08:02

Vətən müharibəsinin xronikası: 31 oktyabr

Cəmiyyət
30 oktyabr 2026, 17:48

Çelyabinskdə təqaüdçü fırıldaqçılara 33 milyon rubl dəyərində qızıl verib

Cəmiyyət
30 oktyabr 2026, 16:42

Noyabr ayına olan hava proqnozu açıqlanıb

Cəmiyyət
30 oktyabr 2026, 16:18

Prezident İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - SİAYHI

Siyasət
30 oktyabr 2026, 16:17

Hikmət Hacıyev: "Regionu böyük güclərin döyüş meydanından bazarına çevirmək istəyirik"

Cəmiyyət
30 oktyabr 2026, 16:15

Bayramov Ermənistanla sülh və Zəngəzur dəhlizinin əhəmiyyətindən danışıb

Cəmiyyət
30 oktyabr 2026, 15:28

Maqnit qasırğası nə vaxt olacaq? Alimlərdən yeni proqnoz

Cəmiyyət
30 oktyabr 2026, 14:36

Zelenski Rusiyanın 39 gəmisinə, bir sıra şirkətləri və fiziki şəxslərinə qarşı sanksiyalar tətbiq edib

Cəmiyyət
30 oktyabr 2026, 12:15

Gennadi Xazanov Fəxri xiyabanı ziyarət edib

Cəmiyyət
30 oktyabr 2026, 11:14

Trabzon Qastronomiya Festivalında pendir uzatma rekordu cəhdi - VİDEO

Cəmiyyət
30 oktyabr 2026, 11:12

Küləkli havada işçilərin yeni qaydalarla işlədilməsi haqqında tənzimləmə qəbul edilib

Cəmiyyət
30 oktyabr 2026, 10:57

Narkotik aludəçisi olan avtobus sürücüsü həbs edilib

Cəmiyyət
30 oktyabr 2026, 09:44

Ağdam və Xocavəndə növbəti köç karvanları yola salınıb

Cəmiyyət
30 oktyabr 2026, 09:03

ABŞ-də helikopterlər toqquşub, ölənlər var

Cəmiyyət
30 oktyabr 2026, 00:01

Vətən müharibəsinin xronikası: 30 oktyabr

Cəmiyyət
29 oktyabr 2026, 17:33

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu göndərib

Kriminal
29 oktyabr 2026, 16:50

Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb

Cəmiyyət
29 oktyabr 2026, 16:44

Canlı yayım zamanı restoranın QR kodu göründü, strimerə 12 min dollarlıq hesab gəldi

Cəmiyyət
29 oktyabr 2026, 16:17

Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

Cəmiyyət
29 oktyabr 2026, 13:53

Bakıda yıxılaraq vəfat edən 2 yaşlı uşaqla bağlı TƏFƏRRÜATLAR

Cəmiyyət
29 oktyabr 2026, 13:37

Mətbuat Şurası: Jurnalistlərə fiziki təzyiq göstərilməsi qəbuledilməzdir

Oxşar xəbərlər