Bakıda Ukrayna Mərkəzinin açılışı olub. Bu barədə 16 oktyabr tarixində Ukraynanın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Mərkəzdə Ukrayna və Azərbaycan arasında tələbə mübadiləsi, həmçinin İT sahəsində ortaq layihələrin həyata keçirilməsi nəzərdə tutulur.
O cümlədən mərkəzdə ölkələr arasında əməkdaşlığın qurulması məqsədilə Ukrayna dilinin öyrənilməsi üzrə dərslər keçiriləcək. Ukrayna Mərkəzi eyni zamanda müxtəlif sərgilərin və tematik görüşlərin keçiriləcəyi yer kimi fəaliyyət göstərəcək.
Açılış çərçivəsində Azərbaycan və Ukrayna arasında iqtisadiyyat, turizm və təhsil sahəsində əməkdaşlıq haqqında memorandum imzalanıb.
[gallery columns="1" size="full" ids="10356"]