top
Bakı məktəbində ŞOK - Müəllim şagirdlərin ağzını skoçladı
20 dekabr 2024, 00:32
- ↺ +

Bakı məktəbində ŞOK - Müəllim şagirdlərin ağzını "skoç"ladı

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakının Nərimanov rayonu 178 saylı tam orta məktəbin 3 A sinif şagirdlərinin valideynləri övladlarının ibtidai sinif müəllimləri tərəfindən döyülərək ağızlarının "skoç"landığını iddia edirlər.

Bu barədə həmin sinifdə oxuyan şagirdlərin valideynləri BAKU.WS-in "qaynar xətti"nə şikayətlərində bildiriblər. Qeyd edilib ki, uşaqları sinifdə müəllimləri Xatirə Rüstəmova tərəfindən alçaldılıb və ağızlarına yapışqan kağız vurulub.

Şagirdlər bu barədə valideynlərinə şikayət ediblər. Valideynlər isə öz növbəsində məktəb direktoru Xəyalə Qasımovaya şikayət ediblər.

Məsələni dəqiqləşdirmək üçün uşaqları təhqir etməkdə günahlandırılan ibtidai sinif müəlliməsi Xatirə Rüstəmova ilə əlaqə yaratdıq. Müəllim ittihamları qəbul etmədi və məsələnin bu aspektdən yanaşmağın düzgün olmadığını vurğuladı.

"Bu məsələ ilə bağlı valideynlər gəliblər, hazırda söhbət edirik. Bu 3-4 valideynin işidir. Mən heç vaxt uşaq döyməmişəm. Uşaqlar məni çox istəyirlər. Oyunlar oynayırıq. Heç vaxt uşaqlarla aramda hər hansı bir problem olmayıb.

Sinifdə oxuyanlar da var, zəif oxuyanlar da. Çalışıram ki, zəif oxuyanları qabağa gətirim", - deyə Xatirə Rüstəmova bildirib.

Sinif rəhbəri deyir ki, məsələ ilə bağlı direktora da izahat yazıb:

"Mən bu barədə direktora da izahat yazıb vermişəm. Söhbət belə olub. Bizə rəqamsal veriblər.

Orada KSQ yazdırırdım. Uşaqlara başa saldım ki, suallar kompüterə yazılır. Heç kim heç kimə heç nə deməsin. Onlarda əvvəlcə dedilər "baş üstə". Sonra isə bir-birindən soruşdular.

Sinifdə qışqıra-qışqıra danışıblar. Sakitliyə əməl etməyiblər. Onda mən demişəm ki, uşaqlar gəlin "qaradinməz" oyunu oynayaq.

Əlimlə ağzımıza vururuq ki, guya ağzımızı bağladıq və "qaradinməz" oyununa başladıq. Səs salan, başqalarına mane olan uşaqların ağızlarının bir tərəfinə yapışqan vurmuşam. Hamısını da izah etmişəm.

Zarafatyana etmişəm. Özləri də gülüşüblər. Uşaqlar buna pis olmayıblar. Oyun kimi etmişəm. And olsun Allaha ki, uşaqlarla aramda problem yoxdur. İndiki valideynlər bir az çətin məsələdir".

Məsələ ilə bağlı məktəb direktoru Xəyalə Qasımova ilə əlaqə yaratmağa çalışsalar da, o, zəngləriə cavab verməyib. Məktəbdən isə bildirdilər ki, hazırda direktor danışmaq imkanında deyil.

Son xəbərlər

İqtisadiyyat
Bu gün, 15:09

Azərbaycanda Apple istifadəçilərinin hesablarının kütləvi şəkildə ələ keçirildiyi bildirilir

Cəmiyyət
Bu gün, 14:49

Sabahdan Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatar reyslərinin sayı 4-ə çatdırılır

İqtisadiyyat
Bu gün, 09:40

Apple yenidən dünyanın ən bahalı şirkəti olub

Cəmiyyət
Bu gün, 08:02

Vətən müharibəsinin xronikası: 31 oktyabr

Cəmiyyət
Dünən, 17:48

Çelyabinskdə təqaüdçü fırıldaqçılara 33 milyon rubl dəyərində qızıl verib

Cəmiyyət
Dünən, 16:42

Noyabr ayına olan hava proqnozu açıqlanıb

Cəmiyyət
Dünən, 16:18

Prezident İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - SİAYHI

Siyasət
Dünən, 16:17

Hikmət Hacıyev: "Regionu böyük güclərin döyüş meydanından bazarına çevirmək istəyirik"

Cəmiyyət
Dünən, 16:15

Bayramov Ermənistanla sülh və Zəngəzur dəhlizinin əhəmiyyətindən danışıb

Cəmiyyət
Dünən, 15:28

Maqnit qasırğası nə vaxt olacaq? Alimlərdən yeni proqnoz

Cəmiyyət
Dünən, 14:36

Zelenski Rusiyanın 39 gəmisinə, bir sıra şirkətləri və fiziki şəxslərinə qarşı sanksiyalar tətbiq edib

Cəmiyyət
Dünən, 12:15

Gennadi Xazanov Fəxri xiyabanı ziyarət edib

Cəmiyyət
Dünən, 11:14

Trabzon Qastronomiya Festivalında pendir uzatma rekordu cəhdi - VİDEO

Cəmiyyət
Dünən, 11:12

Küləkli havada işçilərin yeni qaydalarla işlədilməsi haqqında tənzimləmə qəbul edilib

Cəmiyyət
Dünən, 10:57

Narkotik aludəçisi olan avtobus sürücüsü həbs edilib

Cəmiyyət
Dünən, 09:44

Ağdam və Xocavəndə növbəti köç karvanları yola salınıb

Cəmiyyət
Dünən, 09:03

ABŞ-də helikopterlər toqquşub, ölənlər var

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 30 oktyabr

Cəmiyyət
29 oktyabr 2026, 17:33

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu göndərib

Kriminal
29 oktyabr 2026, 16:50

Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb

Cəmiyyət
29 oktyabr 2026, 16:44

Canlı yayım zamanı restoranın QR kodu göründü, strimerə 12 min dollarlıq hesab gəldi

Cəmiyyət
29 oktyabr 2026, 16:17

Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

Cəmiyyət
29 oktyabr 2026, 13:53

Bakıda yıxılaraq vəfat edən 2 yaşlı uşaqla bağlı TƏFƏRRÜATLAR

Cəmiyyət
29 oktyabr 2026, 13:37

Mətbuat Şurası: Jurnalistlərə fiziki təzyiq göstərilməsi qəbuledilməzdir

Oxşar xəbərlər