Bakı Metropolitenində "Birbank" tətbiqi ilə QR-kodla ödənişlərdə problem yaranıb.
Modern.az xəbər verir ki, bu barədə sərnişinlər məlumat veriblər.
Belə ki, "BakıKart"ın metro ödənişləri üçün nəzərdə tutulan "Birbank" mobil tətbiqindəki bölməsi işləməyib.
Kartlardan ödənişlər çıxılsa da, QR-kod oxudulması prosesi baş tutmayıb.
Sözügedən problem metroda sıxlığa səbəb olub.