Bakı Bulvarında gənc oğlan özünü dənizə ataraq intihara cəhd edib.
Lent.az xəbər verir ki, hadisə istirahət günlərinin birində Dənizkənarı Milli Parkda qeydə alınıb.
Gənc oğlanın özünü dənizə atdığını görən vətəndaşlar dərhal polisə və FHN-ə məlumat veriblər. Hadisə yerinə FHN və poilis əməkdaşları gəlib.
Gənc oğlan sudan çıxarılıb.
Araşdırmalar nəticəsində özünü dənizə atan şəxsin Bakı şəhər sakini, 1996-cı il təvəllüdlü Rəsul Vəli oğlu İsmayılov olması müəyyən edilib.