Bakıda iki qadını avtomobil vurub.
Lent.az xəbər verir ki, hadisə bu gün səhər saat 7 radələrində Sabunçu rayonu Kürdəxanı qəsəbəsində baş verib.
"Kia Rio" markalı avtomobil 31 yaşlı Pikə Ağarzayeva və onun həmyaşıdı Gülcahan Quliyevanı vurub.
Qadınlar hadisə yerində keçiniblər.