2021-ci ilin yanvar-iyun aylarında paytaxtda qida məhsullarının, içki və tütün məmulatlarının istehsal dəyəri 722 milyon manat təşkil edib. Bu barədə 3 avqust tarixində Bakı Şəhər Statistika İdarəsinin rəsmi səhifəsində məlumat verilib.
Cari ilin ilk 6 ayı ərzində qida məhsullarının istehsalında 13%, içki istehsalında 21%, tütün məmulatlarının istehsalında isə 2,3 dəfə artım müşahidə olunub.
Pendir və kəsmik məhsullarının istehsalı və pivə istehsalı xüsusi ilə fərqlənib. Bu məhsullarda artım müvafiq olaraq 42% və 93% təşkil edib.
Ötən ilin ilk yarımilliyi ilə müqayisədə Azərbaycanda tütün məmulatlarının istehsalında 81%, qida məhsullarının istehsalında 8% artım, içki istehsalında isə 5% azalma müşahidə olunub.