top
“Başa düşdüm ki, həmin tarixi sözün mənasını başa düşmürlər” – “Sumqayıt”ın ABŞ-li basketbolçusu ilə MÜSAHİBƏ + VİDEO
28 yanvar 2025, 03:00
- +

“Başa düşdüm ki, həmin tarixi sözün mənasını başa düşmürlər” – “Sumqayıt”ın ABŞ-li basketbolçusu ilə MÜSAHİBƏ + VİDEO

“Bakıda sıxlıq çox olduğu üçün Sumqayıtda özümü daha rahat hiss edirəm. Sumqayıtda yerləşən “White Niggas” mağazası ilə bağlı paylaşımıma gəlincə, insanlar başa düşməlidirlər ki, bu sözün yanlış şəxs tərəfindən istifadə edilməsi təhqir olaraq qəbul edilə bilər”.

Bunu Sumqayit24.az-a müsahibəsində Sumqayıt Basketbol Klubunun idmançısı Kolin Qolson (Sjiro) deyib.

Əməkdaşımızın Kolin Qolson (Sjiro) ilə müsahibəsini təqdim edirik:

– Basketbol karyeranıza harada və necə başladınız?

– Basketbol karyerama Detroit, MI-də başladım. Doğma şəhərimdə rəqabətcil bir ailədə böyüdüm və basketbolu sadəcə bacı-qardaşlarımdan yaxşı olmaq üçün oynamağa başladım. Bu, tezliklə mənim basketbola olan sevgimə çevrildi və karyeramın başlanğıcı oldu.

– Karyeranız boyu hansı komandaların üzvü olmusunuz?

– Karyeram ərzində 3 fərqli universitet komandasında oynadım: Yeni Yorkdakı Siena College, doğma şəhərimə yaxın olan Eastern Michigan və Wayne State Universitetində təhsilimi başa vurduqdan sonra NTD BAKU komandası ilə müqavilə imzaladım və sonra Sumqayıt BK-ya keçdim.

– Azərbaycana necə gəldiniz?

– Kolleci bitirdikdən sonra peşəkar basketbolçu olmaq üçün xaricə getmək qərarına gəldim. Bir çox ölkə arasında seçim edə bilərdim, amma Azərbaycandakı bazar qiymətlərini görüb bəyəndim və buna görə buraya gəlməyə qərar verdim.

– Sizi Azərbaycana kim dəvət etdi?

– Mənim Azərbaycana gəlməyimi NTD BAKU komandası təşkil etdi.

– Azərbaycana gəlməmişdən öncə ölkəmiz haqqında hansı məlumatlara malik idiniz?

– Azərbaycana gəlməzdən əvvəl çox məlumatım yox idi. Mən başqalarının fikirlərinə aldanan biri deyiləm, ona görə də öz araşdırmamı apardım və burada təhlükəsizlik və rahatlıq tapdım. Bu ölkədə olmaqdan məmnunam.

– Sumqayıtın sizə münasibəti necədir? Sumqayıtlıları bəyənirsiniz?

– Sumqayıt mənimlə çox yaxşı davranır. Həyat yoldaşım və oğlum buraya yeni köçüblər və əlimdən gələni edəcəm ki, şəhərdə uzun müddət qalım. Bakıda müəyyən vaxt keçirdim və müqayisə edəndə Sumqayıtı daha sakit və rahat hiss edirəm. Bakı həmişə çox sıx olur, amma Sumqayıtda ailəmlə dəniz mənzərəsindən zövq alıb dincəlmək mümkündür.

– Sumqayıtda yerləşən “White Niggas” mağazası ilə bağlı videonuz məşhurlaşdı. Bununla bağlı fikirlərinizi öyrənmək istərdik.

– Bəli, bu videonu paylaşanda bir az fərqli reaksiyaların olacağını bilirdim. Bir çox amerikalı bundan inciyib, amma məncə onlar tam mənzərəni görmədilər. Mən bu sözü istifadə edənlərin bunu bilmədiklərini başa düşürəm. Mənim üçün bu söz çox böyük bir tarixi əhəmiyyət kəsb edir. Lakin fərqli mədəniyyətlərdən olan insanların bu tarixi tam olaraq anlamasını gözləmək də ağılsızlıq olardı. İnsanlar bunu “cool” hesab edə bilərlər, çünki mənim kimi insanlar bu sözü tez-tez istifadə edir, amma başa düşməlidirlər ki, bu sözün yanlış şəxs tərəfindən istifadə edilməsi təhqir olaraq qəbul edilə bilər.

– Azərbaycan mətbəxindən ən çox hansı yeməyi bəyəndiniz?

– Azərbaycanda çoxlu yeməklərin dadına baxmışam, amma onların hamısının Azərbaycan mətbəxinə aid olmadığını öyrəndim. Mən kabab və dönəri çox bəyənirəm, amma dönərin daha çox türk mətbəxinə aid olduğunu düşünürəm.

– Müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq 3×3 basketbol üzrə qadınlardan ibarət komandamız Olimpiya Oyunlarında çıxış edib. Onların çıxışını izlədinizmi?

– Həqiqətən qadın basketbolunu izləmək istərdim, xüsusən də ABŞ xaricində. Bir neçə ay əvvəl Azərbaycan ilə Avstriya arasında bir oyuna rast gəldim və çox maraqlı idi.

– Azərbaycan basketbolunun bugünkü səviyyəsi haqqında fikirləriniz necədir?

– Mənim fikrimcə, Azərbaycanda çox istedadlı basketbolçular var. Həmçinin təcrübəli oyunçular da çoxdur. Mən həmkarlarımla bu təcrübəni yaşadım. Məsələn, NTD-də oynadığım Məhəmməd Hüseynli çox bacarıqlı bir gəncdir və sadəcə təcrübəyə və məşqə ehtiyacı var.

– Oyundan əvvəl rituallarınız varmı?

– Oyundan əvvəl adətən ailəmlə danışaram. Oyundan əvvəl hər zaman bir az təzyiq hiss edirəm, amma oğlum və həyat yoldaşımla görüşmək məni sakitləşdirir.

– Basketbolda və ya digər idman növlərində kumirləriniz varmı? Keçmiş və ya indiki oyunçu ilə oynaya bilsəydiniz, kim olardı?

– Bir neçə oyunçunu izləməyi çox sevirəm: LeBron James, Kobe Bryant, Kawhi Leonard. Bu oyunçulardan bəzi aspektləri öz oyunuma uyğunlaşdırmağa çalışıram.

– Peşəkar basketbolçu kimi qarşınıza hansı məqsədləri qoyursunuz?

– Peşəkar basketbolçu olaraq şəxsi məqsədim, meydanda daha sərt və qərarlı oynamağa başlamaqdır. Mənim təbii olaraq başqalarını nəzərə alaraq oynamağım var, amma bu həm mənə, həm də komandama zərər verir. Bu düşüncədən qurtulmağa çalışıram.

– Basketbol idmanının gələcəyi haqqında fikirləriniz necədir və növbəti illərdə oyunda hansı dəyişiklikləri görmək istərdiniz?

– Basketbolun sadəcə sevgi ilə oynanmasını görmək istəyirəm. Bu gün çoxu yalnız pul üçün oynayır və bu, oyunun ruhunu öldürür. Mən NBA-nın Avropadakı basketbol atmosferini və sevgisini özündə daşımasını çox istəyərdim. Bu, möhtəşəm olardı.

Səbinə Yusifzadə

Son xəbərlər

Bütün Xəbərlər
Bu gün, 16:47

İranda AzTV-ni "düşmən media" adlandırdılar – Bakının sərt cavabı

Bütün Xəbərlər
Bu gün, 16:43

Avarçəkmə, kanoe və kayak üzrə açıq Bakı çempionatının vaxtı dəyişilib

Bütün Xəbərlər
Bu gün, 16:25

Azərbaycanda ən çox izlənilən televiziya verilişi hansıdır? — TOP-15

Bütün Xəbərlər
Bu gün, 14:46

Azərbaycanın İstanbulda yeni konsulu kimdir? –DOSYE

Bütün Xəbərlər
Bu gün, 13:48

Prezident İlham Əliyev Azərbaycanda keçiriləcək U-15 dünya çempionatı və festivalı ilə bağlı Sərəncam imzalayıb

Bütün Xəbərlər
Bu gün, 13:35

Azərbaycanın İstanbul və Qarsdakı baş konsulları geri çağırılıb, yeniləri təyin edilib

Bütün Xəbərlər
Bu gün, 13:22

Azərbaycanda startaplar və vençur mühiti ilə bağlı qanun qüvvəyə minib

Bütün Xəbərlər
Bu gün, 13:19

Azərbaycanda alimlərin maaşları artırılacaq? – Ölkədə nə qədər elm adamı var?

Bütün Xəbərlər
Bu gün, 12:41

Sabah külək əsəcək, 41 dərəcə isti olacaq

Bütün Xəbərlər
Bu gün, 12:03

Bakıda güclü külək səbəbindən 2 nəfər təcili yardıma müraciət edib

Bütün Xəbərlər
Bu gün, 10:07

25 yaşlı oğlunun ölüm xəbərini alan ananın ürəyi dayandı

Bütün Xəbərlər
Bu gün, 09:46

Magistraturaya ixtisas seçiminin vaxtı uzadılıb

Bütün Xəbərlər
Bu gün, 09:32

UFC prezidenti: Makqreqor bir illik sıradan çıxıb

Bütün Xəbərlər
Dünən, 11:59

Prezident İlham Əliyev maldivli həmkarına təbrik məktubu ünvanlayıb

Bütün Xəbərlər
25 iyul 2026, 16:42

Xırdalanda kişi ona yemək verməyən arvadını döydü

Bütün Xəbərlər
25 iyul 2026, 15:56

Məsud Pezeşkianın çıxışını kəsdiyi üçün İran Radio və Televiziya Şirkətinə xəbərdarlıq edilib

Bütün Xəbərlər
25 iyul 2026, 15:53

"Kanalı borcla təhvil almışdıq, maaş ödənişləri mənim hesabıma olub" - Vado Korovin

Bütün Xəbərlər
25 iyul 2026, 15:23

Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA

Bütün Xəbərlər
25 iyul 2026, 14:34

Reper P. Diddy həbsxanadakı davadan sonra təkadamlıq kameraya köçürülüb

Bütün Xəbərlər
25 iyul 2026, 14:15

Milix Yevdayev "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib

Bütün Xəbərlər
25 iyul 2026, 13:47

İtaliyanın müdafiə naziri Mixail Fyodorova müşavir vəzifəsini təklif edib

Bütün Xəbərlər
25 iyul 2026, 13:04

Avropa Liqası: "Qarabağ" azarkeşləri üçün ÇSKA ilə cavab oyununun biletləri satışa çıxarılır

Bütün Xəbərlər
25 iyul 2026, 12:35

Bazar günü Azərbaycanda 41 dərəcə isti olacaq

Bütün Xəbərlər
25 iyul 2026, 09:36

İspaniya millisi DÇ-2026-dakı çempionluğa görə 15 milyon dollar vergi ödəyəcək

Oxşar xəbərlər