Beyləqanın Bünyadlı kəndində ər və arvadı dəm qazından zəhərləniblər.
Məsələ ilə bağlı İnsanoid.com-un əməkdaşı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu ünvanlayıb.
Bildirilib ki, 16.12.2024-cü il tarixində saat 20:30 radələrində zəhərlənmə şübhəsilə 1974-cü il təvəllüdlü (qadın cinsli) şəxs Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub:
“Ona dəm qazından zəhərlənmə diaqnozu təyin edilib və daha sonra zəruri tibbi yardım göstərilməsi məqsədi ilə Bakı şəhərində yerləşən Kliniki Tibbi Mərkəzə təxliyə olunub.
Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya edilən pasieyntin hazırda müalicəsi davam etdirilir. Vəziyyəti ağır qiymətləndirilir”.
Qeyd edək ki, 1966-cı il təvəllüdlü Bakir Heydər oğlu Məmmədov hadisə yerindəcə ölüb.
Nəzrin Vahid