top
Beynəlxalq yarışın qalibi olan şəhid qızı: “Hər uğurumda atamı yanımda hiss edirəm” – MÜSAHİBƏ
17 dekabr 2024, 07:30
- ↺ +

Beynəlxalq yarışın qalibi olan şəhid qızı: “Hər uğurumda atamı yanımda hiss edirəm” – MÜSAHİBƏ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanın bir çox yeniyetmə idmançısı var. Onlar müxtəlif beynəlxalq yarışlarda iştirak edərək ölkəmizin bayrağını ucaldırlar, əzmkarlıq, zəhmət və istedadla çalışaraq həm ölkə daxilində, həm də beynəlxalq arenada daha böyük uğurlar qazanmağa çalışırlar. Azərbaycanda populyarlaşan idman növlərindən biri də gimnastikadır.

Gencexeber.az-ın əməkdaşı şəhid Eltay Quliyevin qızı, Milli Gimnastika Arenasında keçirilən “Qış möcüzəsi” adlı beynəlxalq gimnastika yarışında 1-ci yer qazanan Gülnur Əşrəfli ilə həmsöhbət olub.

Beynəlxalq yarışın qalibi olan şəhid qızı: “Hər uğurumda atamı yanımda hiss edirəm” – ÖZƏL MÜSAHİBƏ

Müsahibəni təqdim edirik:

– Gülnur, öncə özün haqqında məlumat verməyini istərdim.

– Cəlal Paşayev adına 39 saylı tam orta məktəbin 5-ci sinfində təhsil alıram. 11 yaşım var. Gəncədə yaşayıram.

– “Qış nağılı” beynəlxalq gimnastika yarışında 1 ci yer qazanmısan, bu haqda danışmağını istərdim.

– “Pro Sport”un təşkil etdiyi “Qış möcüzəsi” 8-ci ritmik gimnastika yarışında iştirak etdim. “2014 C Light” kateqoriyası üzrə 1-ci yerə layiq görüldüm. Bu birinciliyim ailəmə yeni il hədiyyəsi oldu. Əlavə olaraq “Will to win” nominasiyasına da layiq görüldüm.

Beynəlxalq yarışın qalibi olan şəhid qızı: “Hər uğurumda atamı yanımda hiss edirəm” – ÖZƏL MÜSAHİBƏ

– Necə oldu ki, bu idman növü ilə məşğul olmaq qərarına gəldin? Neçə ildir məşğulsan?

– Uşaq vaxtı çox aktiv olmuşam və valideynlərim hər zaman “səni gimnastikaya qoyacağıq” deyiblər. Atam şəhid olduqdan sonra hər bir vətənpərvər kimi Yeganə müəllimə də ziyarətə gəlmişdi. Anamla söhbət əsnasında aydın oldu ki, Yeganə xanım uşaqlara gimnastika dərsi keçir və yarışlara aparır. Elə o vaxtdan artıq 4 ildir ki, gimnastika ilə məşğul oluram. Dəfələrlə yerli və beynəlxalq yarışlarda iştirak etmişəm.

Beynəlxalq yarışın qalibi olan şəhid qızı: “Hər uğurumda atamı yanımda hiss edirəm” – ÖZƏL MÜSAHİBƏ

– Ailədə səndən başqa idmanla məşğul olan varmı?

– Bəli, var. Qardaşım “Kəpəz” klubunda futbolla məşğul olur.

– Bu idman növünü seçməyinin əsas səbəbi nə idi?

– İlk olaraq atam və anamın istəyi, sonra isə məşqçinin peşəkarlığı mənim məhz gimnastikanı seçməyimə səbəb oldu.

– Gimnastika ilə məşğul olarkən qarşılaşdığın ən böyük çətinlik nə olub?

– Məşqlərə başlayanda çətinliyim olub. İlk məşqlərdə çox yorulurdum.

– Gimnastikaya başlamağı düşünən gənc qızlara hansı məsləhətləri verərdin? Çünki bəzi ailələr var ki, qızının idmanla məşğul olmağına icazə vermir.

– Gimnastika demək olar ki, bədən sağlamlığı üçün ən yaxşı idman növüdür. Bu idman növü ilə məşğul olmaq qızlar üçün ən doğru seçimdir.

– Gimnastika sənə həyatında nələri öyrədib?

– Sağlam həyat tərzi, qaydalara əməl etmək bacarığı.

– Gimnastikada ən böyük uğurun nə olub?

– Düşünürəm ki, gimnastika ilə məşğul olmaq və müxtəlif nailiyyətlər qazanmaq  elə uğurdur.

– Ən böyük dəstəkçin kim olub?

– Ailə üzvlərim – nənəm, babam və anam.

– Gələcəkdə təhsilini hansı sahə üzrə davam etdirməyi düşünürsən? İdman üzrəmi?

– Gələcəkdə gimnastika üzrə məşqçi olmaq istəyirəm. Baxmayaraq ki, eyni zamanda həm də musiqi məktəbində təhsil alıram. Ancaq seçimim idmandır.

– Ən böyük arzun nədir?

– Ən böyük arzum uğurlarımla xarici ölkələrdə himnimizi səsləndirməkdir.

– Atan bu günlərini görsəydi sevinərdi…

– Bəli, sevinərdi. Amma mən atamı hər uğurumda yanımda hiss edirəm. Atam yanımda olsaydı, ən böyük dəstəkçim o olardı.

Beynəlxalq yarışın qalibi olan şəhid qızı: “Hər uğurumda atamı yanımda hiss edirəm” – ÖZƏL MÜSAHİBƏ

– Olimpiadada iştirak etməyi düşünürsənmi?

– Olimpiada idmanla məşğul olan hər uşaq və gəncin arzusu olduğu üçün mənim də arzularımdan biridir.

Nəzrin Vahid

Beynəlxalq yarışın qalibi olan şəhid qızı: “Hər uğurumda atamı yanımda hiss edirəm” – ÖZƏL MÜSAHİBƏ Beynəlxalq yarışın qalibi olan şəhid qızı: “Hər uğurumda atamı yanımda hiss edirəm” – ÖZƏL MÜSAHİBƏ Beynəlxalq yarışın qalibi olan şəhid qızı: “Hər uğurumda atamı yanımda hiss edirəm” – ÖZƏL MÜSAHİBƏ Beynəlxalq yarışın qalibi olan şəhid qızı: “Hər uğurumda atamı yanımda hiss edirəm” – ÖZƏL MÜSAHİBƏ

Son xəbərlər

İqtisadiyyat
Dünən, 15:09

Azərbaycanda Apple istifadəçilərinin hesablarının kütləvi şəkildə ələ keçirildiyi bildirilir

Cəmiyyət
Dünən, 14:49

Sabahdan Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatar reyslərinin sayı 4-ə çatdırılır

İqtisadiyyat
Dünən, 09:40

Apple yenidən dünyanın ən bahalı şirkəti olub

Cəmiyyət
Dünən, 08:02

Vətən müharibəsinin xronikası: 31 oktyabr

Cəmiyyət
30 oktyabr 2026, 17:48

Çelyabinskdə təqaüdçü fırıldaqçılara 33 milyon rubl dəyərində qızıl verib

Cəmiyyət
30 oktyabr 2026, 16:42

Noyabr ayına olan hava proqnozu açıqlanıb

Cəmiyyət
30 oktyabr 2026, 16:18

Prezident İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - SİAYHI

Siyasət
30 oktyabr 2026, 16:17

Hikmət Hacıyev: "Regionu böyük güclərin döyüş meydanından bazarına çevirmək istəyirik"

Cəmiyyət
30 oktyabr 2026, 16:15

Bayramov Ermənistanla sülh və Zəngəzur dəhlizinin əhəmiyyətindən danışıb

Cəmiyyət
30 oktyabr 2026, 15:28

Maqnit qasırğası nə vaxt olacaq? Alimlərdən yeni proqnoz

Cəmiyyət
30 oktyabr 2026, 14:36

Zelenski Rusiyanın 39 gəmisinə, bir sıra şirkətləri və fiziki şəxslərinə qarşı sanksiyalar tətbiq edib

Cəmiyyət
30 oktyabr 2026, 12:15

Gennadi Xazanov Fəxri xiyabanı ziyarət edib

Cəmiyyət
30 oktyabr 2026, 11:14

Trabzon Qastronomiya Festivalında pendir uzatma rekordu cəhdi - VİDEO

Cəmiyyət
30 oktyabr 2026, 11:12

Küləkli havada işçilərin yeni qaydalarla işlədilməsi haqqında tənzimləmə qəbul edilib

Cəmiyyət
30 oktyabr 2026, 10:57

Narkotik aludəçisi olan avtobus sürücüsü həbs edilib

Cəmiyyət
30 oktyabr 2026, 09:44

Ağdam və Xocavəndə növbəti köç karvanları yola salınıb

Cəmiyyət
30 oktyabr 2026, 09:03

ABŞ-də helikopterlər toqquşub, ölənlər var

Cəmiyyət
30 oktyabr 2026, 00:01

Vətən müharibəsinin xronikası: 30 oktyabr

Cəmiyyət
29 oktyabr 2026, 17:33

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu göndərib

Kriminal
29 oktyabr 2026, 16:50

Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb

Cəmiyyət
29 oktyabr 2026, 16:44

Canlı yayım zamanı restoranın QR kodu göründü, strimerə 12 min dollarlıq hesab gəldi

Cəmiyyət
29 oktyabr 2026, 16:17

Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

Cəmiyyət
29 oktyabr 2026, 13:53

Bakıda yıxılaraq vəfat edən 2 yaşlı uşaqla bağlı TƏFƏRRÜATLAR

Cəmiyyət
29 oktyabr 2026, 13:37

Mətbuat Şurası: Jurnalistlərə fiziki təzyiq göstərilməsi qəbuledilməzdir

Oxşar xəbərlər