top
“Bir də dünyaya gəlsəm, aktyor yox, maşın ustası olardım” – Aktyor Mətləb Səfərli
13 noyabr 2024, 01:50
- ↺ +

“Bir də dünyaya gəlsəm, aktyor yox, maşın ustası olardım” – Aktyor Mətləb Səfərli

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün Sumqayit24.az–ın müsahibi aktyor Mətləb Səfərlidir. Onunla müsahibəni təqdim edirik:

– Mətləb bəy, öncə özünüzü təqdim etməyinizi istərdim…

– 1975-ci ildə Sumqayıtda anadan olmuşam. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil almışam. İlk iş yerim Bakı Kamera Teatrı olub. Hazırda Sumqayıt Dövlət Dram Teatrının aktyoruyam.

– Yaşadığınız 49 illik ömrünüzü necə qiymətləndirirsiniz?

– Bütün yaşadıqlarıma rəğmən ömrümü çox xoşbəxt qiymətləndirirəm. Çünki yaşamağı sevirəm. İnsanları, günəşi, işığı sevirəm. Ona görə də bütün ömrümü yaxşı qiymətləndirirəm.

– Aktyorluq sahəsinə necə gəldiniz? Uşaqlıqdan həvəsiniz vardı?

– Aktyorluq sahəsinə sevgim 4-cü sinifdən yaranıb. Bir hind filmi vardı, “Artist”. Bizim uşaqlıq illərimizə təsadüf edirdi. Bu filmə baxdıqdan sonra bu sahəni araşdırmağa, aktyorluq haqqında məlumatlar əldə etməyə başladım. 4-cü sinifdə müəlliməm hansı peşəni seçəcəyimi soruşanda da “aktyor olacam” cavabını vermişdim.


– İllər əvvələ qayıtsaydınız, nələri dəyişərdiniz?

– Hansı yaşıma qayıtsam da, heç nəyi dəyişməzdim. Çünki mənim qismətimə, taleyimə yazılanlar bunlardırsa, əl vurmaq olmaz.

– Bir də bu sahəni seçərdiniz?

– Hər zaman demişəm: bu həyata bir də gəlmək şansım olsa idi, heç vaxt aktyor olmazdım. Bu sahəni bir də seçməzdim. Qəti fikrimdir.

– Aktyorluq deyilsə, bəs hansı sahədə çalışardınız?

– Desəm, bəlkə də təəccüblənəcəksiniz. Bir də dünyaya gəlsəm, maşın ustası olardım. Yəni mənim birmənalı fikrim budur. Maşın ustası olmaq.

– Mətləb bəy, səhnələşdirdiyiniz hansı obraz sizin xarakterinizdən xəbər verir? Yəni hansı obrazda özünüzü tapırsınız?

– Vallah, heç vaxt rol barədə fikirləşməmişəm. Yəni rol seçimi etməmişəm. Hansı rolu veriblərsə, çalışmışam ki, öhdəsindən layiqincə gəlim. Düzünü desəm, indiyə qədər xarakterimə uyğun bir obraz canlandırmamışam.


– Aktyorlarla rejissor arasında qalmaqal olurmu?

– Aktyorla rejissor arasında qalmaqal deməzdim, anlaşılmazlıq olur. Bu da normaldır. Yəni sənətdə fikir mübadiləsi olmalıdır.

– Rejissorların həmişə eyni aktyorlarla işləmək məsələsinə necə baxırsınız?

– Rejissorların eyni aktyorla işləməsi çox normal haldır. Əgər həmin rejissor işlədiyi aktyordan istədiyi nəticəni ala bilirsə, niyə də işləməsin?!

– Maaşlar necə, Mətləb bəy, sizi qane edirmi?

– Maaşlar barədə heç danışmayın. Nəyinki məni, heç kimi qane etmir. Yəni maaşlarımız sıfır dərəcəsindədir. Qane etməkdən söhbət belə gedə bilməz.

– Nə qədər maaş alırsınız?

– Bu qədər işin, əməyin qarşısında cəmi 440 manat maaş alıram.

– İndiki vəziyyətdə dolanmaq üçün əlavə hansısa işdə çalışırsınız?

– Əlbəttə, çalışıram. Yoxsa bu maaşla mən ailə saxlaya bilərəm?! Əlavə seriallara çəkilirəm, toylara dəvət alıram. Aparıcılıq edirəm. Bu cür işlərlə ay ərzində özümü yola verməyə çalışıram.

– Sumqayıt Dram Teatrında nə kimi çatışmazlıqlar var? Nədən narazısınız?

– Sumqayıt Dram Teatrında indiyə qədər çox çatışmazlıqlar olub. Amma yeni təyin olunan direktorumuz Samir Şəfiyev gəldikdən sonra demək olar ki, bir çox narazılıqlar aradan qaldırılır. İnşallah ki, yaxın gələcəkdə hər şey öz yolunu tapacaq.

– Övladlarınızın bu sahəyə gəlməsini istəyərsiniz?

– Çox çətin sahədir. Övladlarımı bu sahədə görmək qətiyyən istəməzdim. İnanmıram ki, onlar bu çətinliyə dözə bilsinlər.

Son xəbərlər

İqtisadiyyat
31 oktyabr 2026, 15:09

Azərbaycanda Apple istifadəçilərinin hesablarının kütləvi şəkildə ələ keçirildiyi bildirilir

Cəmiyyət
31 oktyabr 2026, 14:49

Sabahdan Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatar reyslərinin sayı 4-ə çatdırılır

İqtisadiyyat
31 oktyabr 2026, 09:40

Apple yenidən dünyanın ən bahalı şirkəti olub

Cəmiyyət
31 oktyabr 2026, 08:02

Vətən müharibəsinin xronikası: 31 oktyabr

Cəmiyyət
30 oktyabr 2026, 17:48

Çelyabinskdə təqaüdçü fırıldaqçılara 33 milyon rubl dəyərində qızıl verib

Cəmiyyət
30 oktyabr 2026, 16:42

Noyabr ayına olan hava proqnozu açıqlanıb

Cəmiyyət
30 oktyabr 2026, 16:18

Prezident İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - SİAYHI

Siyasət
30 oktyabr 2026, 16:17

Hikmət Hacıyev: "Regionu böyük güclərin döyüş meydanından bazarına çevirmək istəyirik"

Cəmiyyət
30 oktyabr 2026, 16:15

Bayramov Ermənistanla sülh və Zəngəzur dəhlizinin əhəmiyyətindən danışıb

Cəmiyyət
30 oktyabr 2026, 15:28

Maqnit qasırğası nə vaxt olacaq? Alimlərdən yeni proqnoz

Cəmiyyət
30 oktyabr 2026, 14:36

Zelenski Rusiyanın 39 gəmisinə, bir sıra şirkətləri və fiziki şəxslərinə qarşı sanksiyalar tətbiq edib

Cəmiyyət
30 oktyabr 2026, 12:15

Gennadi Xazanov Fəxri xiyabanı ziyarət edib

Cəmiyyət
30 oktyabr 2026, 11:14

Trabzon Qastronomiya Festivalında pendir uzatma rekordu cəhdi - VİDEO

Cəmiyyət
30 oktyabr 2026, 11:12

Küləkli havada işçilərin yeni qaydalarla işlədilməsi haqqında tənzimləmə qəbul edilib

Cəmiyyət
30 oktyabr 2026, 10:57

Narkotik aludəçisi olan avtobus sürücüsü həbs edilib

Cəmiyyət
30 oktyabr 2026, 09:44

Ağdam və Xocavəndə növbəti köç karvanları yola salınıb

Cəmiyyət
30 oktyabr 2026, 09:03

ABŞ-də helikopterlər toqquşub, ölənlər var

Cəmiyyət
30 oktyabr 2026, 00:01

Vətən müharibəsinin xronikası: 30 oktyabr

Cəmiyyət
29 oktyabr 2026, 17:33

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu göndərib

Kriminal
29 oktyabr 2026, 16:50

Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb

Cəmiyyət
29 oktyabr 2026, 16:44

Canlı yayım zamanı restoranın QR kodu göründü, strimerə 12 min dollarlıq hesab gəldi

Cəmiyyət
29 oktyabr 2026, 16:17

Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

Cəmiyyət
29 oktyabr 2026, 13:53

Bakıda yıxılaraq vəfat edən 2 yaşlı uşaqla bağlı TƏFƏRRÜATLAR

Cəmiyyət
29 oktyabr 2026, 13:37

Mətbuat Şurası: Jurnalistlərə fiziki təzyiq göstərilməsi qəbuledilməzdir

Oxşar xəbərlər