top
Bu dəfə Vəfa Cəlilovanın diplomunun olmadığını yazdı, məhkəməlik oldu
09 dekabr 2024, 02:00
- ↺ +

Bu dəfə Vəfa Cəlilovanın diplomunun olmadığını yazdı, məhkəməlik oldu

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu dəfə Vəfa Cəlilovanın diplomunun olmadığını yazdı, məhkəməlik oldu

ABŞ-də yaşayan jurnalist Qənirə Ataşova ilə bu dəfə həkim-kosmetoloq Vəfa Cəlilova arasında mübahisə düşüb.

Axşam.az xəbər verir ki, jurnalist bu dəfə V.Cəlilovanın diplomunun olub-olmamasını hədəf seçib. O bildirib ki, Cəlilova ilə bağlı ona şikayətlər edilib. Ataşova da həkimlə əlaqə saxlayaraq, məsələni ictimailəşdirmədən əvvəl diplomunun görüntüsünü görmək istəyib.

"İzləyicilərim mənə yazdılar ki, doktor Vəfa Cəlilova bizim şəxsi yazışmamızı paylaşıb. Mən isə hələlik bunu etik saymadığım üçün şəxsi yazışmalarımızı paylaşmıram. Amma təbii ki, bütün səs qeydlərini paylaşacağam. Vəfa xanıma noyabrın 24-dən yazıram və bildirirəm ki, sizin o çox dəyərli Heidelberg Universitetindən aldığınız tibb diplomunuzu görmək istəyirəm. Çünki izləyicilər dayanmadan burada bir yalanın olduğunu yazırlar. Əlavə edim ki, Heidelberg Universitetində dermatologiya üzrə təhsil almaq 6-8 il çəkir, üstəlik, rezidentura 5-6 il davam edir. Yəni bu, uzun və zəhmət tələb edən bir təhsil prosesidir. Mən sadəcə olaraq, Heidelberg Universitetindən olan diplomunuzu görmək istəyirəm ki, izləyicilərə də əminliklə deyə bilim" deyə, jurnalist paylaşımında yazıb.

Q.Ataşova bildirib ki, bunu izləyicilərin istəyi ilə təkid edib:

"Belə möhtəşəm və şərəfli bir diplomu niyə hamıdan gizlədirsiniz ki? Sadəcə göstərsəydiniz, mən də rahatlıqla deyərdim ki, “Bəli, Vəfa xanımın diplomu var.” Bununla həm siz rahatlayardınız, həm də məni bu qədər narahat edən izləyicilər sakitləşərdi. Sizin diplomunuzla yalnız fəxr edə bilərəm. Axı bu boyda “müharibə” nəyə lazım idi? 15 günə yaxın idi diplomatik danışıq gedirdi aramızda.

Nəzərinizə çatdırmaq istəyirəm ki, Azərbaycan Respublikasında tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ olan şəxslərin dövlət reyestrində Cəlilova Vəfa İnqilab qızı adlı şəxs qeydə alınmayıb. Yəni, bu adda hər hansı bir şəxs haqqında heç bir məlumat mövcud deyil. Bu o deməkdir ki, əgər sizin Almaniyanın Heidelberg Universitetindən diplomunuz mövcud olsaydı, həmin diplomu Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə təsdiq üçün verməli idiniz. O zaman tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin dövlət reyestri xidmətində adınız mövcud olmalı idi və bunun əsasında sizin həkim kimi fəaliyyətiniz təsdiqlənməli idi. Sizin adınız qeydiyyatda tapılmadığı üçün sizi “təbrik edirəm”. Bu vəziyyət diplomunuzun mövcudluğunu və ya onun təsdiqlənməsini sual altına qoyur. Əgər diplom sizdədirsə, rica edirəm gedin təsdiq etdirin".

Həkim-kosmetoloq Vəfa Cəlilovanın jurnalistə cavabı gecikməyib. O, məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdiyini bildirib:

"Qənirə xanım Azərbaycan xalqı üçün narahat olub səhiyyə sahəsində baş verənləri ancaq işıqlandıra bilər. Amma ona Azərbaycanda illərdir fəaliyyət göstərib, öz xalqına xidmət edən, vergi ödəyən həkimlərdən hər hansısa sənəd tələb etmək haqqını heç kim verməyib. Bunun üçün dövlətimizin müvafiq qurumları var, hansı ki, lazım olanda planlı və plandankənar mütəmadi yoxlamalar edir, lazım olan sənədləri tələb edir və özü də tədbirlər görür.

Uzun zamandır ki, bu mövzu üzərində çox düşünürəm: nəyə görə məhz həkimlər, mən və mənim kimi dövlətinə xidmət edənlər? Bu gün mən lisenziyalı klinika sahibi və yüksək vergi ödəyicisi olaraq klinikamda 15 dən çox sertifikatlı əsl həkim adına laiq insanlarla çalışıram. Mənə olan bu hörmətsizliyi cavabsız qoyacağımı heç kim düşünməsin!".

V.Cəlilova bildirib ki, onu şantaj edirlər:

"Bu gün şantaj olunuram və bu mənim, yaxınlarımın sağlamlığıma və nüfüzuna xələl gətirmək istəyən insanların oynadığı oyundur. Ancaq mən bu yolda da dürüst olduğumu, hüquq-mühafizə orqanlarına hər zaman subut etmişəm və edəcəyəm də. Həmin sifarişçi qrupun kim olduğunu da subut edəcəyəm, eyni zamanda hər birinin əleyhinə qanunsuz davranışlarına dair subutlar var. Unutmayın, mənim əxlaqi dəyərim hər şeydən və hər kəsdən dəyərlidir".

Həkim-kosmetoloq Q.Ataşovanın ondan diplom istəməsini qanunsuz adlandırıb:

"Üzr istəyirəm Qənirə xanım, mən də başqa həkimlərimiz kimi susub sizin dediklərinizə əməl etməliydim? Hansı sifətlə məndən nəsə tələb edə bilərsiniz? Ətrafımda hər kəs mənim nə qədər prinsipial olduğumu bilir, siz ilk öncə kimdənsə sənəd tələb edəndə, özünüzün kim olduğunuzu xatırlayın!".

V.Cəlilova məsələ ilə bağlı jurnalisti məhkəməyə verdiyini bildirərək, vəkilini və şikayət ərizəsini paylaşıb.

[video width="720" height="1280" mp4="https://insanoid.com/storage/thumbs/large/2024/12/Bu-dafa-Vafa-Calilovanin-diplomu-olmadigini-yazdi-mahkamalik-oldu-video-converter.com_.mp4"][/video]

Son xəbərlər

İqtisadiyyat
Dünən, 15:09

Azərbaycanda Apple istifadəçilərinin hesablarının kütləvi şəkildə ələ keçirildiyi bildirilir

Cəmiyyət
Dünən, 14:49

Sabahdan Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatar reyslərinin sayı 4-ə çatdırılır

İqtisadiyyat
Dünən, 09:40

Apple yenidən dünyanın ən bahalı şirkəti olub

Cəmiyyət
Dünən, 08:02

Vətən müharibəsinin xronikası: 31 oktyabr

Cəmiyyət
30 oktyabr 2026, 17:48

Çelyabinskdə təqaüdçü fırıldaqçılara 33 milyon rubl dəyərində qızıl verib

Cəmiyyət
30 oktyabr 2026, 16:42

Noyabr ayına olan hava proqnozu açıqlanıb

Cəmiyyət
30 oktyabr 2026, 16:18

Prezident İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - SİAYHI

Siyasət
30 oktyabr 2026, 16:17

Hikmət Hacıyev: "Regionu böyük güclərin döyüş meydanından bazarına çevirmək istəyirik"

Cəmiyyət
30 oktyabr 2026, 16:15

Bayramov Ermənistanla sülh və Zəngəzur dəhlizinin əhəmiyyətindən danışıb

Cəmiyyət
30 oktyabr 2026, 15:28

Maqnit qasırğası nə vaxt olacaq? Alimlərdən yeni proqnoz

Cəmiyyət
30 oktyabr 2026, 14:36

Zelenski Rusiyanın 39 gəmisinə, bir sıra şirkətləri və fiziki şəxslərinə qarşı sanksiyalar tətbiq edib

Cəmiyyət
30 oktyabr 2026, 12:15

Gennadi Xazanov Fəxri xiyabanı ziyarət edib

Cəmiyyət
30 oktyabr 2026, 11:14

Trabzon Qastronomiya Festivalında pendir uzatma rekordu cəhdi - VİDEO

Cəmiyyət
30 oktyabr 2026, 11:12

Küləkli havada işçilərin yeni qaydalarla işlədilməsi haqqında tənzimləmə qəbul edilib

Cəmiyyət
30 oktyabr 2026, 10:57

Narkotik aludəçisi olan avtobus sürücüsü həbs edilib

Cəmiyyət
30 oktyabr 2026, 09:44

Ağdam və Xocavəndə növbəti köç karvanları yola salınıb

Cəmiyyət
30 oktyabr 2026, 09:03

ABŞ-də helikopterlər toqquşub, ölənlər var

Cəmiyyət
30 oktyabr 2026, 00:01

Vətən müharibəsinin xronikası: 30 oktyabr

Cəmiyyət
29 oktyabr 2026, 17:33

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu göndərib

Kriminal
29 oktyabr 2026, 16:50

Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb

Cəmiyyət
29 oktyabr 2026, 16:44

Canlı yayım zamanı restoranın QR kodu göründü, strimerə 12 min dollarlıq hesab gəldi

Cəmiyyət
29 oktyabr 2026, 16:17

Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

Cəmiyyət
29 oktyabr 2026, 13:53

Bakıda yıxılaraq vəfat edən 2 yaşlı uşaqla bağlı TƏFƏRRÜATLAR

Cəmiyyət
29 oktyabr 2026, 13:37

Mətbuat Şurası: Jurnalistlərə fiziki təzyiq göstərilməsi qəbuledilməzdir

Oxşar xəbərlər