4 dekabr 2015-ci ildə saat 17:40 radələrində Azərbaycan Dövlət Neft Şirkətinin “Günəşli” yatağının 10-cu dərin dəniz özülündə yanğın baş verib. Günəşli neft yatağında baş vermiş qəza 1949-cu ildən dəniz neftçıxarma platformalarında ən böyükmiqyaslı hadisədir.
Ağır hava şəraiti olduğundan yanğın zamanı yalnız 32 nəfər təxliyə edilmiş, 1 nəfərin cəsədi sudan çıxarılmışdır. Qəza nəticəsində 12 neftçi həlak olub, 18 nəfər isə itkin düşüb.
6 dekabr 2015-ci ildə Prezident İlham Əliyevin verdiyi qərara əsasən, ölkədə matəm elan edilmişdir.