top
Cənublu həkim-osteopat: “Osteopatiyanın ənənəvi təbabətdən üstünlüyü…” – MÜSAHİBƏ
05 fevral 2025, 09:19
- ↺ +

Cənublu həkim-osteopat: “Osteopatiyanın ənənəvi təbabətdən üstünlüyü…” – MÜSAHİBƏ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Cenublu.az-ın bugünkü müsahibi həkim-osteopat Tofiq Vəliyevdir.

Müsahibəni təqdim edirik:

– Tofiq bəy, öncə özünüz haqqında məlumat verməyinizi istərdim.

– Lerik rayonunun Babagil kəndində anadan olmuşam. ATU-nun müalicə-profilaktika fakültəsini bitirmişəm. Terapevt kimi Bakı şəhərindəki 5 saylı klinikada fəaliyyətə başlamışam. Sonra öz arzumla Lerik Rayon Mərkəzi Xəstəxanasında işləmişəm. Bir müddət sonra Peştətük kənd xəstəxanasına baş həkim təyin olunmuşam. Hazırda həmin vəzifədə çalışıram. Evliyəm. İki oğul atasıyam.

– Osteopat olmağa necə qərar verdiniz? Bu sahəyə olan marağınız necə başladı?

– Yeniliklərlə həmişə maraqlanmışam. Əsasən Bioloji Təbabət klinikasının keçirdiyi bütün seminar və konfranslarında iştirak etmişəm. Yeni müalicə metodlarını mənimsəmişəm. Sonra isə osteopatiya ilə yaxından maraqlanmışam. Sankt-Peterburqdakı Beynəlxalq Osteopatiya Akademiyasında təhsilimi başa vurduqdan sonra həkim-osteopat kimi fəaliyyətdəyəm. Diplom və sertifikatlarım var.

– Osteopatiya nədir və onun əsas prinsipləri hansılardır?

– Müasir osteopatiyanın banisi amerikalı alim Endryu Teylor Stilldir. Osteopatiya bir elm və fəlsəfə olmaqla əlləri toxundurmaqla bədəndə yaranan üzvi, fizioloji və patoloji prosesləri ayırd edib, müalicə etməkdən ibarətdir.

Osteopatiyanın 4 əsas prinsipi vardır: 1. Orqanizmə bütöv bir sistem kimi baxılır; 2. Orqanizm özü-özünü tənzimləyir, adaptasiya edir və sağlamlığını qoruyur; 3. Struktura və funksiya daim vəhdətdədir; 4. Rasional müalicə bu əsas üç prinsipə əsaslanır.

– Osteopatik müalicə metodları haqqında nə deyə bilərsiniz? Ən çox hansı xəstəlikləri müalicə edirsiniz?

– Osteopatiyanın 4 əsas bölməsi mövcuddur : biodinamik, struktural, kraniosakral və visseral. Burda allopatik yolla müalicəsi mümkün olmayan xəstəlikləri müalicə etmək mümkündür.

– Osteopat həkim olaraq sizin yanaşmanız nə dərəcədə fərqlidir və ənənəvi tibdən hansı əsas fərqləri var?

– Osteopatiyanın ənənəvi təbabətdən üstünlüyü heç bir müalicə vasitəsindən istifadə etmədən, əllərin “möcüzəvi” gücündən yararlanaraq lazımi nəticə əldə etməkdən ibarətdir.

– Müalicə zamanı hansı texnikalardan istifadə edirsiniz? Hər hansı bir xüsusi metodunuz varmı?

– Osteopatiyanın xüsusi texnikaları mövcuddur. Mən əsasən biodinamikanın texnikalarına çox üstünlük verirəm.

– Osteopatik müalicə ilə bağlı ümumi yanlış anlayışlar varmı? İnsanlar nə vaxt osteopat həkimə müraciət etməlidir?

– Bəzən osteopatik müalicəni manual terapiya ilə eyniləşdirirlər. Bu yanlış yanaşmadır. Allopatik təbabətdə heç bir nəticə əldə olunmadıqda insanlar həkim-osteopatlara müraciət etmək məcburiyyətində olurlar. Təəssüflə qeyd etməliyəm ki, hətta həkimlərimiz bu müalicələrin nəticələrinə inanmaq istəmirlər. Bəzilərinin osteopatiya elmi haqqında məlumatları belə yoxdur.

– Osteopatiyanın digər müalicə üsulları ilə birlikdə istifadəsi necədir? Məsələn, fizioterapiya və ya masaj terapiyası ilə necə birləşdirilə bilər?

– Osteopatiyanın bu müalicə metodlarına ehtiyacı yoxdur.

– Osteopat həkim olaraq gələcəkdə bu sahənin inkişafını necə görürsünüz? Yeni texnologiyalar və araşdırmalar barədə hansı fikirləriniz var?

– Elm və texnologiya ildən-ilə təkmilləşdiyi üçün osteopatiya elminin inkişafı prosesi davam edir.

– Cənub bölgəsində çalışırsınız. Burada ən çox rast gəldiyiniz xəstəliklər hansılardır?

– Cənub bölgəmizdə çox rast gəlinən xəstəliklər müxtəlif mənşəli disk yırtıqları və protruziyaları, oynaq patologiyaları (artritlər, artrozlar), skolyozlar, autiz, enurez və digər diskopariyalardır.

– Bu sahənin nə kimi problemləri var?

– Bu sahənin ən böyük problemi xəstələrin həkimə çox gec müraciət etmələridir.

– Gələcəkdə hansı müalicə metodları üzərində daha çox işləmək və ya öyrənmək istəyirsiniz?

– Çalışıram yenilikləri vaxtında qarşılayım və özümdə təkmilləşmələr aparım.

– Çox insan onurğa sütununda disk yırtıqları ilə üz-üzədir. Bu barədə nə deyə bilərsiniz?

– Mən deyərdim ki, dövrün bəlasıdır. İldən-ilə çoxalır və cavanlaşır. Əsasən bunu elm və texnologiyanın sürətlə inkişafı, qlobal istiləşmə, elektromaqnit dalğaları, dinamiya, keyfiyyətsiz qidalanma ilə əlaqələndirmək olar.

– Miqrendən əziyyət çəkənlər var…

– Miqrenə gənc qadınlarda çox rast gəlinir. Orqanizmdə yaranan endokrin pozğunluqlar miqrenin peyda olmasına səbəb olur. Osteopatik seanslarla bu xəstəliyi korreksiya etmək mümkündür.

– Enurezdən əziyyət çəkənlər daha çox hansı yaş kateqoriyasındandır?

– Enurez (gecə sidik qaçırmaları) əsasən erkən yaşlarda meydana gəlir. Müalicəsi düzgün aparılmazsa, hətta yuxarı yaşlarda və böyüklərdə də rast gəlinir.

Nəzrin Vahid

Son xəbərlər

Cəmiyyət
Bu gün, 17:48

Çelyabinskdə təqaüdçü fırıldaqçılara 33 milyon rubl dəyərində qızıl verib

Cəmiyyət
Bu gün, 16:42

Noyabr ayına olan hava proqnozu açıqlanıb

Cəmiyyət
Bu gün, 16:18

Prezident İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - SİAYHI

Siyasət
Bu gün, 16:17

Hikmət Hacıyev: "Regionu böyük güclərin döyüş meydanından bazarına çevirmək istəyirik"

Cəmiyyət
Bu gün, 16:15

Bayramov Ermənistanla sülh və Zəngəzur dəhlizinin əhəmiyyətindən danışıb

Cəmiyyət
Bu gün, 15:28

Maqnit qasırğası nə vaxt olacaq? Alimlərdən yeni proqnoz

Cəmiyyət
Bu gün, 14:36

Zelenski Rusiyanın 39 gəmisinə, bir sıra şirkətləri və fiziki şəxslərinə qarşı sanksiyalar tətbiq edib

Cəmiyyət
Bu gün, 12:15

Gennadi Xazanov Fəxri xiyabanı ziyarət edib

Cəmiyyət
Bu gün, 11:14

Trabzon Qastronomiya Festivalında pendir uzatma rekordu cəhdi - VİDEO

Cəmiyyət
Bu gün, 11:12

Küləkli havada işçilərin yeni qaydalarla işlədilməsi haqqında tənzimləmə qəbul edilib

Cəmiyyət
Bu gün, 10:57

Narkotik aludəçisi olan avtobus sürücüsü həbs edilib

Cəmiyyət
Bu gün, 09:44

Ağdam və Xocavəndə növbəti köç karvanları yola salınıb

Cəmiyyət
Bu gün, 09:03

ABŞ-də helikopterlər toqquşub, ölənlər var

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 30 oktyabr

Cəmiyyət
Dünən, 17:33

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu göndərib

Kriminal
Dünən, 16:50

Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb

Cəmiyyət
Dünən, 16:44

Canlı yayım zamanı restoranın QR kodu göründü, strimerə 12 min dollarlıq hesab gəldi

Cəmiyyət
Dünən, 16:17

Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

Cəmiyyət
Dünən, 13:53

Bakıda yıxılaraq vəfat edən 2 yaşlı uşaqla bağlı TƏFƏRRÜATLAR

Cəmiyyət
Dünən, 13:37

Mətbuat Şurası: Jurnalistlərə fiziki təzyiq göstərilməsi qəbuledilməzdir

Siyasət
Dünən, 12:28

Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşüb - FOTO

Cəmiyyət
Dünən, 12:10

Beynəlxalq terror təşkilatları ilə əlaqəli, terrorçuluğu maliyyələşdirmədə təqsirləndirilən dəstə üzvlərinə hökm oxunub

Cəmiyyət
Dünən, 11:39

Azərbaycanda son on ildə nikahların sayı təxminən 30%, doğulan uşaqların sayı isə 42% azalıb - İNSANOİD.COM-un ARAŞDİRMASI

Cəmiyyət
Dünən, 11:28

Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərib

Oxşar xəbərlər