“Dünyasını dəyişən aktrisa Çimnaz Sultanova Bakı Sağlamlıq Mərkəzində əməliyyat olub. Amma səhv əməliyyat olunduğu üçün komaya düşüb”.
Musavat.com xəbər verir ki, bu iddianı aktrisanın yaxınları səsləndirib.
Onlar bildiriblər ki, aktrisa yanlış əməliyyat olunub. O daha sonra "Zəfəran" klinikasına yerləşdirilib. Orada bildiriblər ki, aktrisa yanlış əməliyyat olunduğu üçün bağırsaqları partlayıb. Onun 30 min manat xərci çıxıb.