top
Debet kartlara artan MARAQ: Nağd əməliyyatlar sıradan çıxır? - MÜSAHİBƏ
07 dekabr 2024, 06:38
- ↺ +

Debet kartlara artan MARAQ: Nağd əməliyyatlar sıradan çıxır? - MÜSAHİBƏ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanda debet kartları ilə aparılan əməliyyatların həcmi 95 milyard 155 milyon manat təşkil edib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 41% və ya 27 milyard 650 milyon manat artım deməkdir.

Debet kartlarına artan marağın səbəbləri ilə bağlı iqtisadçı Razi Abasbəyli Bakues.az-a müsahibə verib.

Həmin müsahibəni təqdim edirik:

– Razi bəy, debet kartlara marağın artmasının səbəbi nədir?

– Debet kartlara marağın artmasının bir çox səbəbləri var. İlk növbədə, hazırda “ƏDV geri al” sistemi mövcuddur. Bu, ticarətdə nağdsız alış-verişin stimullaşdırılmasında mühüm rol oynayan bir amildir.

Bundan başqa, nağdsız alış-veriş zamanı vətəndaşlara kəşbek tətbiqi təqdim olunur. Ona görə də vətəndaşlar vəsaitlərini əskinas deyil, nağdsız formada kartda saxlamağa üstünlük verirlər. Digər tərəfdən, burada təhlükəsizlik faktoru rol oynayır. Məsələn, əskinası evdə pul halında saxladıqda müxtəlif arzuolunmaz hadisələr yaşana bilər. Yəni, vəsaitlər evdəki xoşagəlməz hadisələrə görə sığortalanmır. Bu baxımdan vətəndaşlar nağdsız əməliyyatlara daha çox maraq göstərirlər.

– Debet kartlara maraq nağd ödənişlərin həyata keçirilməsini tamamilə sıradan çıxara bilərmi?

– Debet kartlara artan maraq nağd əməliyyatları sıradan çıxara bilər. Lakin bir sıra sahələr var ki, orada nağd əməliyyatlar mütləqdir. Bütün hallarda debet kartlar nağdsız əməliyyatların daha çox genişlənməsinə yol açır.

– Nağdsız əməliyyatlar ölkə iqtisadiyyatına necə təsir edir?

– İqtisadiyyatda nağdsız əməliyyatların artması vergi yığımlarının daha yaxşı təşkilinə müsbət təsir göstərir və real iqtisadi mənzərəni ortaya çıxarır. Bu faktor ölkədəki Ümumi Daxili Məhsulun (ÜDM) həcminin dəqiqləşdirilməsi baxımdan olduqca vacibdir. Nağdsız əməliyyatlar kölgə iqtisadiyyatı və ikili mühasibatlıq kimi problemlərin müəyyən mənada həllinə səbəb olur. Bu isə iqtisadiyyatda müsbət impulsların yaranmasına imkan verir.

Son xəbərlər

İqtisadiyyat
Dünən, 15:09

Azərbaycanda Apple istifadəçilərinin hesablarının kütləvi şəkildə ələ keçirildiyi bildirilir

Cəmiyyət
Dünən, 14:49

Sabahdan Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatar reyslərinin sayı 4-ə çatdırılır

İqtisadiyyat
Dünən, 09:40

Apple yenidən dünyanın ən bahalı şirkəti olub

Cəmiyyət
Dünən, 08:02

Vətən müharibəsinin xronikası: 31 oktyabr

Cəmiyyət
30 oktyabr 2026, 17:48

Çelyabinskdə təqaüdçü fırıldaqçılara 33 milyon rubl dəyərində qızıl verib

Cəmiyyət
30 oktyabr 2026, 16:42

Noyabr ayına olan hava proqnozu açıqlanıb

Cəmiyyət
30 oktyabr 2026, 16:18

Prezident İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - SİAYHI

Siyasət
30 oktyabr 2026, 16:17

Hikmət Hacıyev: "Regionu böyük güclərin döyüş meydanından bazarına çevirmək istəyirik"

Cəmiyyət
30 oktyabr 2026, 16:15

Bayramov Ermənistanla sülh və Zəngəzur dəhlizinin əhəmiyyətindən danışıb

Cəmiyyət
30 oktyabr 2026, 15:28

Maqnit qasırğası nə vaxt olacaq? Alimlərdən yeni proqnoz

Cəmiyyət
30 oktyabr 2026, 14:36

Zelenski Rusiyanın 39 gəmisinə, bir sıra şirkətləri və fiziki şəxslərinə qarşı sanksiyalar tətbiq edib

Cəmiyyət
30 oktyabr 2026, 12:15

Gennadi Xazanov Fəxri xiyabanı ziyarət edib

Cəmiyyət
30 oktyabr 2026, 11:14

Trabzon Qastronomiya Festivalında pendir uzatma rekordu cəhdi - VİDEO

Cəmiyyət
30 oktyabr 2026, 11:12

Küləkli havada işçilərin yeni qaydalarla işlədilməsi haqqında tənzimləmə qəbul edilib

Cəmiyyət
30 oktyabr 2026, 10:57

Narkotik aludəçisi olan avtobus sürücüsü həbs edilib

Cəmiyyət
30 oktyabr 2026, 09:44

Ağdam və Xocavəndə növbəti köç karvanları yola salınıb

Cəmiyyət
30 oktyabr 2026, 09:03

ABŞ-də helikopterlər toqquşub, ölənlər var

Cəmiyyət
30 oktyabr 2026, 00:01

Vətən müharibəsinin xronikası: 30 oktyabr

Cəmiyyət
29 oktyabr 2026, 17:33

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu göndərib

Kriminal
29 oktyabr 2026, 16:50

Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb

Cəmiyyət
29 oktyabr 2026, 16:44

Canlı yayım zamanı restoranın QR kodu göründü, strimerə 12 min dollarlıq hesab gəldi

Cəmiyyət
29 oktyabr 2026, 16:17

Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

Cəmiyyət
29 oktyabr 2026, 13:53

Bakıda yıxılaraq vəfat edən 2 yaşlı uşaqla bağlı TƏFƏRRÜATLAR

Cəmiyyət
29 oktyabr 2026, 13:37

Mətbuat Şurası: Jurnalistlərə fiziki təzyiq göstərilməsi qəbuledilməzdir

Oxşar xəbərlər