top
DƏHŞƏT: Ər özündən 14 yaş kiçik arvadını BALTALADI
04 fevral 2025, 11:10
- ↺ +

DƏHŞƏT: Ər özündən 14 yaş kiçik arvadını BALTALADI

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol



Daşkəsən rayonunda ər həyat yoldaşını balta ilə qətlə yetirib.





Gencexeber.az-ın  məlumatına görə, hadisənin istintaqı Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mikayıl Məmmədzadənin sədrliyi ilə keçirilib.

Belə ki, təqsirləndirilən Teymur Ocaqverdiyev 1971-ci ildə Daşkəsən rayonunda anadan olub. O, arvadı Atlas Ocaqverdiyevanın həmkəndlisi Elvin Əliyev ilə ona xəyanət etməsindən şübhələnib. Kənd camaatı arasında utanc hissi keçirdiyi üçün arvadını qəsdən öldürmək qərarına gəlib.

Bu məqsədlə gecə saatlarında birgə yaşadıqları Daşkəsən rayonu, Əmirvar kəndində yerləşən evin həyətindən balta götürüb. Yataq otağında yatan həyat yoldaşının yanına gələrək xüsusi amansızlıqla dəfələrlə balta zərbəsi endirib. Nəticədə Atlas Ocaqverdiyeva həyatını itirib.

Teymur Ocaqverdiyev Azərbaycan Respublikası CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilib.

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadən verən Teymur Ocaqverdiyev özünü ittiham üzrə təqsirli bilib:

“Evə gələndə qapının bağlı olduğunu görüb döydüm. Atlas həyəcanlı halda qapıya çıxdı. Evə girəndə qapının arxasında həmkəndlim Elvinin gizləndiyini gördüm. Onu döymək üçün üstünə cumanda ayağıma düşüb yalvarmağa başladı. Bunu unutmamaq üçün evin divarına boya ilə “14 may” sözünü yazdım. Bir neçə gün sonra axşamtərəfi Atlasla Elvinin yenə də birlikdə tövlə tərəfdən gəldiyini gördüm. Həmin gecə söhbət etdik, Atlas dəfələrlə Elvinlə mənə xəyanətini etiraf elədi. Atlasın bu hərəkətlərinə görə mən və uşaqlarım kənd içində biabır olmuşuq. Atlasın sözlərindən bərk hirslənib, həyətə gedib baltanı götürdüm. Daha sonra evə qayıdaraq Atlası balta ilə vurdum”.

Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Elvin Əliyev ifadəsində göstərib:

“Atlas və Teymuru həmkəndli kimi tanıyıram. Teymurun iri buynuzlu heyvanı çəpəri dağıdıb təsərrüfatımdakı sahəyə ziyan vurmuşdu. Buna görə Teymurgilə səsləndim və həmin vaxt səsimə mərhum Atlas Ocaqverdiyeva çıxdı. Atlasdan mal-qarasını mənim ərazimə buraxmamalarını xahiş etdim. Bu zaman Teymur kənardan çıxaraq nalayiq ifadələr işlətməyə başladı. Teymur kənd içində söyüşlə danışan şəxs kimi tanındığından heç nə demədən evə getdim”.

Tərəflərin çıxışından sonra məhkəmə müşavirəyə yollanıb. Sonda məhkəmənin qərarı ilə Teymur Ocaqverdiyev 17 il müddətində azadlıqdan məhrum edilib.

Fidan İlqar


Son xəbərlər

Cəmiyyət
Bu gün, 17:48

Çelyabinskdə təqaüdçü fırıldaqçılara 33 milyon rubl dəyərində qızıl verib

Cəmiyyət
Bu gün, 16:42

Noyabr ayına olan hava proqnozu açıqlanıb

Cəmiyyət
Bu gün, 16:18

Prezident İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - SİAYHI

Siyasət
Bu gün, 16:17

Hikmət Hacıyev: "Regionu böyük güclərin döyüş meydanından bazarına çevirmək istəyirik"

Cəmiyyət
Bu gün, 16:15

Bayramov Ermənistanla sülh və Zəngəzur dəhlizinin əhəmiyyətindən danışıb

Cəmiyyət
Bu gün, 15:28

Maqnit qasırğası nə vaxt olacaq? Alimlərdən yeni proqnoz

Cəmiyyət
Bu gün, 14:36

Zelenski Rusiyanın 39 gəmisinə, bir sıra şirkətləri və fiziki şəxslərinə qarşı sanksiyalar tətbiq edib

Cəmiyyət
Bu gün, 12:15

Gennadi Xazanov Fəxri xiyabanı ziyarət edib

Cəmiyyət
Bu gün, 11:14

Trabzon Qastronomiya Festivalında pendir uzatma rekordu cəhdi - VİDEO

Cəmiyyət
Bu gün, 11:12

Küləkli havada işçilərin yeni qaydalarla işlədilməsi haqqında tənzimləmə qəbul edilib

Cəmiyyət
Bu gün, 10:57

Narkotik aludəçisi olan avtobus sürücüsü həbs edilib

Cəmiyyət
Bu gün, 09:44

Ağdam və Xocavəndə növbəti köç karvanları yola salınıb

Cəmiyyət
Bu gün, 09:03

ABŞ-də helikopterlər toqquşub, ölənlər var

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 30 oktyabr

Cəmiyyət
Dünən, 17:33

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu göndərib

Kriminal
Dünən, 16:50

Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb

Cəmiyyət
Dünən, 16:44

Canlı yayım zamanı restoranın QR kodu göründü, strimerə 12 min dollarlıq hesab gəldi

Cəmiyyət
Dünən, 16:17

Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

Cəmiyyət
Dünən, 13:53

Bakıda yıxılaraq vəfat edən 2 yaşlı uşaqla bağlı TƏFƏRRÜATLAR

Cəmiyyət
Dünən, 13:37

Mətbuat Şurası: Jurnalistlərə fiziki təzyiq göstərilməsi qəbuledilməzdir

Siyasət
Dünən, 12:28

Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşüb - FOTO

Cəmiyyət
Dünən, 12:10

Beynəlxalq terror təşkilatları ilə əlaqəli, terrorçuluğu maliyyələşdirmədə təqsirləndirilən dəstə üzvlərinə hökm oxunub

Cəmiyyət
Dünən, 11:39

Azərbaycanda son on ildə nikahların sayı təxminən 30%, doğulan uşaqların sayı isə 42% azalıb - İNSANOİD.COM-un ARAŞDİRMASI

Cəmiyyət
Dünən, 11:28

Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərib

Oxşar xəbərlər