Azərbaycanda diplomsuz plastik cərrahlarla bağlı 18 fakt aşkar edilib.
Bunu Lent.az-ın sorğusuna cavabında Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Saleh Hacıyev bildirib.
Onun sözlərinə görə, jurnalist Qənirə Ataşova tərəfindən diplomsuz plastik cərrahlarla bağlı siyahı açıqlanmazdan hələ əvvəl Prokurorluq bununla bağlı araşırmalara başlayıbmış:
“Prokurorluq belə faktlarla bağlı mütamadi araşdırmalar aparıb və nəticəsi barədə ictimaiyyətə məlumatlar verib. Bu ilin may və yay aylarında da bu faktlarla bağlı bizə müraciətlər daxil olub. Prokurorluğa daxil olan müraciətlərin arasında Qənirə Ataşovanın açıqladığı siyahıda adları qeyd olunanlar da var”.